BolgeXeber.Com » BÖLGƏ TV » “Rusiya təyyarəsinə 10 dəfə xəbərdarlıq etdik…” - Türkiyə Baş Qərargahı(VİDEO)

“Rusiya təyyarəsinə 10 dəfə xəbərdarlıq etdik…” - Türkiyə Baş Qərargahı(VİDEO)

24-11-2015, 17:21
Oxunub: 2 846 “Rusiya təyyarəsinə 10 dəfə xəbərdarlıq etdik…” - Türkiyə Baş Qərargahı(VİDEO)Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahı bu gün Suriya ilə sərhəddə vurulan Rusiya təyyarəsinə dair rəsmi açıqlama yayıb

Açıqlamaya əsasən noyabrın 24-də yerli vaxtla saat 09:20 radələrində Hatay yaylası bölgəsində Türkiyənin hava sahəsini pozan, hansı ölkəyə məxsus olduğu nüəyyən edilməyən təyyarə dəfələrlə (5 dəqiqə ərzində 10 dəfə) xəbərdarlıq edillməsinə baxmayaraq bu hərəkətini davam etdirib.

Nəticədə Türkiyə Silahlı Qüvvələrinə verilmiş təlimat çərçivəsində saat 09:24 radələrində təyyarəyə iki F-16 ilə müdaxilə edilib.