BolgeXeber.Com » BÖLGƏ TV » Kürdəmirdə başı kəsilən qadının ailəsi danışdı-VİDEO

Kürdəmirdə başı kəsilən qadının ailəsi danışdı-VİDEO

1-12-2015, 18:38
Oxunub: 3 640 Kürdəmirdə başı kəsilən qadının ailəsi danışdı-VİDEOGülərin azyaşlı körpə ilə evdə tək olduğunu bilən Elman 2015-ci iyulun 30-u evə gəlib və dəhşətli qətli həyata keçirib

Deyirlər bala baldan şirindir. Onu nə atmaq olur nə də satmaq. Balasına doymayan, onu öz əlləri ilə məzara qoyan Əminə ananın dərdi isə sözlərlə ifadə edilməyəcək qədər böyükdür. O, 2015-ci ilin iyul ayında qızının dəhşətli ölümü ilə üzləşib. Belə ki, Əminə xanımın kürəkəni Elman Rüstəmov ailə münaqişəsi zəminində keçmiş həyat yoldaşı Gülər Mütəllimovanı 11 aylıq körpəsinin gözləri önündə amansızlıqla qətlə yetirib. Ölümlə sonlanan hadisəyə aydınlıq gətirən Əminə Mütəllimova bildirir ki, qızını işgəncə görməsi daha əvvələrə gedib çıxır. Onun sözlərinə görə 1 il 4 ay evli olduğu müddət ərzində Gülər dəfələrlə həyat yoldaşı tərəfindən şiddət görüb. Sonuncu dəfə isə Elman Rüstəmov qızını döyüb və gətirib ata evinə qoyub.
Bütün bunlardan sonra hər iki tərəf rəsmi şəkildə ayrılıb və Elman Rüstəmov 2-ci dəfə ailə həyatı qurub. Lakin o, keçmiş həyat yoldaşı Güləri və onun anasını telefon vasitəsilə təhdid edib, ölümlə hədələməkdə davam edib. Elə hadisələr də bundan sonra başlayıb.
Gülərin azyaşlı körpə ilə evdə tək olduğunu bilən Elman 2015-ci iyulun 30-u evə gəlib və dəhşətli qətli həyata keçirib. Gülərin anası və xalası Cəmilə xanım baş verənləri və gördüklərini göz yaşı ilə anladıb.
Gənc yaşda həyat yoldaşını, daha sonra yeganə övladı olan Güləri vaxtsız itirən ananın yalnız bir istəyı var. Qızının qatilinin ömürlük cəza alması və övladından ona yadigar qalan nəvəsinin qəyyumluğunun ona verilməsi. Əminə xanım son ümidi isə ölkə başçısı İlham Əliyev və onun xanımı Mehriban Əliyevaya bağladığını bildirir.
Bolgexeber.com