BolgeXeber.Com » BÖLGƏ TV » İŞİD-çilərin uşaqları əsirləri oynayarkən öldürürlər - VİDEO (18+)

İŞİD-çilərin uşaqları əsirləri oynayarkən öldürürlər - VİDEO (18+)

4-12-2015, 13:45
Oxunub: 2 816 İŞİD-çilərin uşaqları əsirləri oynayarkən öldürürlər - VİDEO (18+)Onların heç 10 yaşı yoxdur

İŞİD terrorçuları gənc yaraqlılar üçün sərt gizlənqaç oyunu düşünüblər. “Oyunun” məqsədi xarabalıqda əsiri tapıb edam etməkdir. Terrorçular bu təlimi videoya çəkiblər. Video Daily mail tərəfindən yayılıb.

Oxu.Az LifeNews-a istinadən xəbər verir ki, kadrlardan göründüyü kimi cəlladların heç on yaşı tamam olmayıb.

Nəşrin redaktoru qeyd edir ki, çarx çox keyfiyyətli çəkilib. Video edamdan çox kompüter oyununa bənzəyir.

Qəzet həmçinin kadra düşən 6 uşağın Şimali Afrika və Tacikistandan olduğunu da müəyyənləşdirib. Çəkiliş yeri isə Deyr-əz-Zora ətrafı olub. Bu, uzun müddətdir ki, İŞİD-in nəzarəti altında olan Suriya şəhəridir.