BolgeXeber.Com » BÖLGƏ TV » Əri Mətanəti xəyanətdə suçladı: “Özündən 14 yaş kiçik jurnalistlə...”(VİDEO)

Əri Mətanəti xəyanətdə suçladı: “Özündən 14 yaş kiçik jurnalistlə...”(VİDEO)

9-12-2015, 16:08
Oxunub: 4 088 Əri Mətanəti xəyanətdə suçladı: “Özündən 14 yaş kiçik jurnalistlə...”(VİDEO)ATV-nin aparıcısı Mətanət Əliverdiyevanın bir müddət əvvəl ayrıldığı ikinci həyat yoldaşı redaksiyamıza zəng edərək açıqlama verib

Teleaparıcı Mətanət Əliverdiyevanın bu gün canlı efirdə şəxsi həyatından danışması qalmaqala səbəb olub.


Bolgexeber.com
xəbər verir ki, ATV telekanalında etdiyi bu açıqlamadan sonra teleaparıcının ayrıldığı həyat yoldaşı biganə qalmayıb. O, axsam.az saytına zəng edərək ailəsinin dağılmasını xəyanətlə izah edib.

“Mənim birinci ailəm, övladlarım var. Biz Mətanətlə vətəndaş nikahında yaşamışıq. 15 ildir birlikdəyik, 7 yaşında bir övladımız da var. Mənim əsas ailəmin olmasından Mətanətin xəbəri var idi. Ayrılmağımıza səbəb isə onun mənə xəyanəti olub. Mətanət Əliverdiyeva mənə xəyanət edib. Telefonunda başqası ilə sevgi mesajlaşmalarını görmüşəm. Özündən 14 yaş kiçik jurnalistlə... Özünə deyəndə isə cavabı “Sən mənə lazımi qədər vaxt ayırmadın” olub. Hazırda telefonu və mesajları mənim əlimdədir. Yazışdığı şəxsi də tanıyıram. Çox sözləri danışa bilmirəm. Övladımın anasıdır. Mən heç vaxt ona xəyanət etməmişəm. Hər kişinin həyatında ikinci xanım ola bilər. Sevgimi onda tapdım. Hərbiçi olmuşam, ciddi insanam. Mən heç nəyi yalan danışmıram. Hərbidə olanda bir gün onu nəzarətdən kənarda saxlamamışam. Onun heç bir çətinliyi olmayıb. Bu hadisə mənim üçün çox çətindir. Dünən Zaurun verilişinə (“Bizimləsən” verilişi, aparıcı Zaur Baxşəliyev – red.) canlı efirə qoşulmaq istədim, zəng vurdum, efirə bağlamadılar".

Qeyd edək ki, Mətanət boşanması ilə bağlı “Bizimləsən” verilişində danışıb. Həmin kadrları bir daha təqdim edirik: