BolgeXeber.Com » BÖLGƏ TV » Leyla Yunus azadlığa çıxdı-Video+Foto

Leyla Yunus azadlığa çıxdı-Video+Foto

9-12-2015, 18:48
Oxunub: 3 537 Leyla Yunus azadlığa çıxdı-Video+FotoDekabrın 9-də Bakı Apellyasiya Məhkəməsi Sülh və Demokratiya İnstitutunun rəhbəri Leyla Yunusu 5 il şərti cəza ilə azadlığa buraxıb

Məhkəmə sənədlərin saxtalaşdırılması ilə bağlı 320-ci maddəni müddəti keçdiyinə görə hökmdən çıxarıb, o biri maddələr üzrə isə 5 il şərti cəza kəsib.

Məhkəmə Leyla Yunusun həyat yoldaşı politoloq Arif Yunusu də 5 il şərti cəza ilə azadlığa buraxıb.

Həmçinin məhkəmə Yunusların qızı Dinara Yunusun adına olan evin müsadirə edilməsi ilə bağlı qərarı hökmdən çıxarıb.

Leyla Yunus Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə əmlakları müsadirə olunmaqla 8 il 6 ay, həyat yoldaşı Arif Yunus isə 7 il müddətinə azadlıqdan məhrum edilmişdi.

Leyla Yunus azadlığa çıxdı-Video+Foto