BolgeXeber.Com » BÖLGƏ TV » Xətai sakinləri icra başçısından Prezidentə şikayət edəcək - VİDEO

Xətai sakinləri icra başçısından Prezidentə şikayət edəcək - VİDEO

10-12-2015, 11:34
Oxunub: 3 213 Xətai sakinləri icra başçısından Prezidentə şikayət edəcək - VİDEOXətai rayonu Nobel prospekti ilə Nargilə deyilən ərazinin kəsişməsində yaşayan sakinlər blokada şəraitində yaşayırlar

Bolgexeber.com
yenilik.az-a istinadən xəbər verir ki,bu barədə həmin ərazidə yaşayan bir qrup sakin məlumat verib. Onların bildirdiyinə görə, ərazidə bir müddət əvvəl yol təmirə bağlanıb, amma təmir başa çatsa da hələ də istifadəyə açılmır. Arada gəzən söhbətlərə görə, yanvarda, yaxud da dekabrın 24-də istifadəyə veriləcəyi deyilir. Halbuki camaat çətinlik çəkir, yolu təmirə bağlayarkən alternativ yol saxlamayıblar, məcbur qalıb elə yollardan istifadə edirik ki, saatlarla batıb qalırıq. Sakinlər deyirlər ki, İcra Hakimiyyəti yolun açılışını Prezidentin ad gününə saxlamaqla əslində görüntü yaratmaq məqsədi güdür. Prezident hər zaman xalqın problemlərinin vaxtında həll olunmasını məmurlardan tələb edir, belə olduqda o razı olmaz ki, təmir edilmiş yolu həftələrlə bağlı saxlasınlar, xəbər tutsa mütləq bu özbaşınalığa son qoyulması üçün qəti tapşırıq verəcək. Ona görə də sakinlər Prezidentə şikayət etməyə hazırlaşırlar.