BolgeXeber.Com » BÖLGƏ TV » Kreditini müəllimlərə ödətdirən sabiq məktəb direktorunu döyən şəxs: "Borcu var idi" (VİDEO)
Kreditini müəllimlərə ödətdirən sabiq məktəb direktorunu döyən şəxs: "Borcu var idi" (VİDEO)
10-12-2015, 12:07
Oxunub: 4 389
Abşeron Rayon Polis İdarəsinin əməkdaşları axtarışda olan şəxsi saxlayıb. O, qadını döydüyünə görə cinayət işini araşdıran məhkəmədən yayındığı üçün barəsində axtarış elan edilmişdi
APA TV-nin məlumatına görə, 33 yaşlı Vurğun Mehrac oğlu Hacıyev təxminən 6 ay əvvəl vətəndaş İradə Murğuzovanı döydüyü üçün qadın ondan polisə şikayət edib. Vurğun Hacıyevin barəsində Cinayət Məcəlləsinin 127.1 (qəsdən sağlamlığa yüngül xəsarət yetirmə) maddəsi ilə cinayət işi başlanılıb, istintaq yekunlaşdıqdan sonra məhkəməyə göndərilib.
Vurğunun törətdiyi cinayət əməli yüngül olduğundan, barəsində həbs-qətimkan tədbiri seçilməyib. Amma məhkəmə başlayanda proseslərdə iştirakdan yayındığı üçün barəsində axtarış elan edilib. O, Abşeron Rayon Polis İdarəsinin əməliyyatçıları tərəfindən saxlanılaraq, yenidən məsuliyyətə cəlb olunub.
Məhkəmə proseslərində iştirakdan yayındığını etiraf edən Vurğun Hacıyev İradə Murğuzova ilə aralarındakı münaqişənin səbəblərini açıqlayıb: "Borclu idi. Məndən 23 700 manat pul alıb. 3700 manatlıq parket, 20 min manat da pul alıb ki, sənə bələdiyyə sənədi ilə 2 hektar torpaq verəcəm. Mən də pulu vermişəm. İndi nə pulumu verir, nə də torpaq".
Saxlanılan şəxsin sözlərinə görə, o, qadını vurmayıb: "Mən qadını vurmadım. Dedim ki, maşınının açarını ver mənə, get mənim pulumu gətir. Mübahisə elədiyimiz yerdə başı dəydi maşının qapısına, burnu qırıldı. Ona görə də məhkəməyə vermişdilər. Mən də məhkəməyə getməmişdim".
Qeyd edək ki, İradə Murğuzova Xətai rayonundakı 171 saylı orta məktəbin direktoru işləyib. O, ötən ilin sentyabrında işdən uzaqlaşdırılıb.
Bolgexeber.com
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər
- 11-06-2025, 11:10 : "Qarabağ" 5 pillə gerilədi
İdman / Xəbərlər
- 14-06-2025, 15:37 : Rayon rəhbəri yekun attestasiya imtahanında yüksək bal toplayan məzunları təltif edib
Bölgə / Xəbərlər