BolgeXeber.Com » BÖLGƏ TV » Nobel mükafatçısı olan türk Əziz Sancar Azərbaycan sevgisindən danışıb (VİDEO)

Nobel mükafatçısı olan türk Əziz Sancar Azərbaycan sevgisindən danışıb (VİDEO)

11-12-2015, 15:41
Oxunub: 3 142 Nobel mükafatçısı olan türk Əziz Sancar Azərbaycan sevgisindən danışıb (VİDEO)Kimya üzrə Nobel mükafatı alan türk Əziz Sancarın elmiş kəşfini hansı şəraitdə etdiyi yəqin ki, çoxları üçün maraqlıdır

Bolgexeber.com məlumat verir ki, ans-in müxbiri 2015-ci ilin kimya üzrə Nobel mükafatının ərsəyə gəldiyi labaratoriyada olub. Əziz Sancar həmin labaratoriyada DNK-ya müdaxilə edərək xərçəng xəstəliyilə mübarizədə yeni metod aşkarlayıb. Hansıki yaxın 5 ildə yer kürəsində yaşayan insanlar onun tətbiqini görəcəklər.

"Burdan göründüyü kimi DNK-da bir zədə var. Bu zədə sonda xərçəngə yol açır. Məhz bu zədənin nəcə kəsilib atıldığını və DNK-nın normal fəaliyyətinə qayıtdığını isə biz kəşf etdik”,- deyə Əziz Sancar bildirib.

Bu tapıntı üçün Əziz Sancar ömrünün düz 40 ilini xərclədiyini deyib: "Xərçəngin yaranmasının əsas səbəbkarı DNK-dır. Belə ki, DNK-a mütasiyaya uğrayır və nəticədə nomal hüceyrələr qeyri-normal hüceyrələrə çevrilir".

Türkiyədə doğulan alim Əziz Sancar Sovet dönəmi olmasına baxmayaraq gəncliyini Zeynəb Xanlarovanın musiqisilə keçirdiyini bildirib: "Mənim ən çox sevdiyim musiqi Azərbaycan musiqisidir, Azərbaycan mahnılarıdır".

Alim, dünyada islama qarşı artan təziqlərə görə müsəlmanlara bəzi tövsiyyələr verib: "Bizim elmlə ciddi bir şəkildə məşğul olmamız lazımdır. Bundan başqa yolumuz yoxdu. Uşaqlarımızı- riaziyyat, mühəndislik və tibb sahəsinə olan marağı artırmalıyıq. Mütləq bu sahələrə üstünlük verməliyik".

Müsəlman dünyasında baş verənləri isə Əziz Sancar bir cümlə ilə belə xarakterizə edib: "Bir-birimizi öldürmək üçün istifadə etdiyimiz o silahları belə biz hazırlaya bilmirik. Ölüm cihazlarını qərbdən alıb qardaşlarımızın canına qıyırıq. Silahı buraxıb ələ kitab almağın vaxtıdır", - deyə alim bildirib.
Bolgexeber.com