BolgeXeber.Com » BÖLGƏ TV » Bakıda şərab evinə basqın - VİDEO

Bakıda şərab evinə basqın - VİDEO

12-12-2015, 17:18
Oxunub: 3 424 Bakıda şərab evinə basqın - VİDEOBakıda mühafizə polisinin siqnalı böyük oğurluğa mane olub

Mağazaya girmək istəyən oğrular sinqnal səsini eşidərək qorxuya düşüblər.
Criminal.az xəbər verir ki, bu gecə saat 04 radələrində Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yerləşən ''Uğur-2'' yaşayış kompleksinin ərazisindəki şərab evinin şüşələri sındırılıb. Üç nəfər mağzanın şüşəsini sındıraraq oğurluq etmək istəyib. Şüşə sınan zaman Müfaizə Polisinin siqnalı işə düşüb. Dərhal kompleksin mühafizəçiləri əraziyə gələrək onları tutmaq istəsə də, qaçaraq aradan çıxıblar.

Hadisə yerinə mühafizə polisinin və ərazi üzrə Sabunçu rayon Polis İdarəsinin 13-cü bölməsinin əməkdaşları gəlib. Oğrular yaxınlıqdakı mağazanın kamerasına düşüb. Polis videogörüntüləri çıxararaq axtarışa başlayıb.

Artıq həmin ərazidə son bir neçə gün ərzində 10-a yaxın obyet qarət olunub.
Bolgexeber.com