Bakıda dəhşət: keçmiş arvadını öldürdü, sonra intihar etdi (VİDEO)
15-12-2015, 12:41
Oxunub: 3 855
Bakıda ağır cinayət hadisəsi baş verib. APA TV-nin məlumatına görə, hadisə paytaxtın Binəqədi rayonu ərazisində qeydə alınıb
1976-cı il təvəllüdlü Samir Axundov keçmiş həyat yoldaşı, 1987-ci il təvəllüdlü Gülnar Axundovanı qətlə yetirib. Hadisə Gülnar Axundovanın ərindən ayrıldıqdan sonra yaşadığı 8-ci mikrorayondakı Nizami Nərimanov küçəsindəki evdə baş verib. Samir Axundov keçmiş arvadını ürəyindən bıçaqlayıb və boğaz nahiyəsinə bıçaqla xəsarət yetirib. O, dərhal hadisə yerini tərk edib.
Qadın təcili tibbi yardım briqadası tərəfindən yaralı vəziyyətdə 1 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılıb. Lakin 28 yaşlı Gülnar Axundovanın həyatını xilas etmək mümkün olmayıb və xəstəxanada dünyasını dəyişib.
Samir Axundov isə Gülnar Axundovanı bıçaqladıqdan sonra öz evinə qayıdıb. O, kreditlə aldığı, amma pulunu ödəyə bilmədiyi evinə qayıtdıqdan sonra 16-cı mərtəbədə yerləşən mənzilin pəncərəsindən özünü ataraq intihar edib.
Faktla bağlı Binəqədi rayon Prokurorluğu tərəfindən araşdırma aparılır. Cinayətin motivi hələlik məlum deyil. İlkin məlumata görə, Samir Axundovda narkotik asılılığı olub.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər