BolgeXeber.Com » BÖLGƏ TV » Xətai rayon məhkəməsi və “Bank Respublika” vətəndaşı niyə incidir? (VİDEO)

Xətai rayon məhkəməsi və “Bank Respublika” vətəndaşı niyə incidir? (VİDEO)

5-02-2016, 10:41
Oxunub: 3 047 Xətai rayon məhkəməsi və “Bank Respublika” vətəndaşı niyə incidir? (VİDEO)Borcun 7500 dollarını ödədikdən bir müddət sonra işsiz qalıb və qalan məbləği ödəyə bilməyib

Tovuz rayonu Dondar Quşçu kənd sakini İbrahim Həsənov BTV-yə müraciət edərək şikayətinin işıqlandırılmasını istəyib. Onun narazılığı “Bank Respublika”dandır. İbrahim bəy bildirir ki, 2013-cü ildə adıçəkilən bankdan 10 min manat , yəni 12740 dollar məbləğində kredit götürüb . Borcun 7500 dollarını ödədikdən bir müddət sonra işsiz qalıb və qalan məbləği ödəyə bilməyib. Elə anlaşmazlıq da bundan sonra yaranıb. Səsinin eşidiləcəyinə ümid edən İbrahim Həsənov BTV vasitəsilə müraciət ünvanlayıb.
Bolgexeber.com