Ağstafa və Tovuzda meşələrimiz necə qorunur?(VIDEO)
15-02-2016, 17:56
Oxunub: 4 386Zaman-zaman ağacların məhv edilməsi haqda xəbərlər eşitsək də, bir faktı qeyd etmək lazımdır ki, 2010-cu il “Ekologiya İli” elan edildikdən sonra ölkədə təbiətin qorunmasına xüsusi diqqət yetirilir
BTV olaraq bizim yeni start verdiyimiz “Təbiəti necə qoruyaq?” adlı layihə də məhz, təbiətimizin, meşələrimizin necə qorunması haqda xəbər almaq və ictimaiyyətə bu barədə məlumat verməkdir. Bir çox bölgələrdə aparılan çəkilişlərdən növbətisi Tovuz və Ağstafa rayonlarında baş tutub. Suallarımızı isə Tovuz Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin baş meşəbəyi Qabil Həsənov və Ağstafa Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin əkin mühəndisi Şahin Musayev cavablandırıb. Qeyd edək ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyində aparılan sistemli iş nəticəsində, son 10 ildə ölkə ərazisinin 0,4 faizi qədər meşələrin ərazisi artıb.