Türkiyədə kuryoz: futbolçu hakimə qırmızı vərəqə göstərdi-VİDEO
22-02-2016, 11:51
Oxunub: 4 001
"Qalatasaray"ın "Trabzonspor"la keçirdiyi Türkiyə Super Liqasının XXII tur matçında qeyri-adi olay baş verib
Sportnet.az-ın məlumatına görə, baş hakim Deniz Ateş Bitnelə qonaq komandanın futbolçusu Salih Dursun 86-cı dəqiqədə qırmızı vərəqə göstərib.
Bu, referinin "Trabzonspor"un qapısına şübhəli penalti təyin etməsindən sonra yaşanıb. Qaydanı pozduğu iddia edilən Luis Pedro Kavanda baş hakimin üzərinə cumaraq, onu itələyib. Əvəzində o, önündə qırmızı vərəqə görüb. Etirazlar davam etdiyi vaxt referinin əlindən qırmızı vərəqəni alan Dursun onu Deniz Ateşə göstərərək, başı ilə "çıx meydandan" işarəsi verib.
Ümumilikdə, baş hakim "Trabzonspor"un əleyhinə 4 qırmızı vərəqə göstərib. Luis Pedro Kavanda və Salih Dursundan əlavə, Özer Hurmacı və Aykut Demir də meydandan qovulub. Eyni zamanda 2 penalti qərarı verilib. "Trabzonspor" 25-ci dəqiqədə Erkan Zenginin qolu ilə bu imkandan yararlanıb. Lakin 63-cü dəqiqədə Lukas Podolski, 89-cu dəqiqədə isə mübahisəli penaltidən Selçuk İnan fərqlənərək, "Qalatasaray"ın qələbəsini təmin edib - 2:1.
Oyundan sonra "Trabzonspor" azarkeşləri Türkiyə Futbol Federasiyasının Trabzondakı binasına hücum edərək, şüşələrini qırıb və federasiya əleyhinə şüarlar səsləndirib.
Qeyd edək ki, bu nəticədən sonra "Qalatasaray" xallarını 37-yə çatdıraraq, 3-cü pilləyə yüksəlib. "Trabzonspor" ise 27 xalla 9-cu sırada qalıb.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər