BolgeXeber.Com » BÖLGƏ TV » İlhamə Quliyevanın vəsiyyətinə əməl olunmayacaq - "Mən onu tabutda dəfn edə bilmərəm"(VİDEO)

İlhamə Quliyevanın vəsiyyətinə əməl olunmayacaq - "Mən onu tabutda dəfn edə bilmərəm"(VİDEO)

26-02-2016, 13:40
Oxunub: 3 211 İlhamə Quliyevanın vəsiyyətinə əməl olunmayacaq - "Mən onu tabutda dəfn edə bilmərəm"(VİDEO)“Bura Azərbaycandır, sonra başqa şey başa düşərlər”

Xalq artisti, mərhum İlhamə Quliyevanın vəsiyyətinə əməl olunmayacaq.

Bolgexeber.com xəbər verir ki, bu barədə AzNews.az-a açıqlamasında mərhumun yaxın qohumu, müğənni Əli Mirəliyev məlumat verib.

Onun sözlərinə görə, İ.Quliyeva el adətinə uyğun olaraq basdırılacaq:

“Düzdür, İlhamə xanım vəsiyyət edib ki, tabutla basdırılsın. Amma biz onun vəsiyyətinə əməl etmədik. İlhamə xanım el adəti üzrə, kəfənlə qəbrə qoyulacaq. Bura Azərbaycandır, sonra başqa şey başa düşərlər. Yaxşı yuyulub, kəfənlənib, tabuta qoyulub. Amma torpağa kəfənlə qoyulacaq”.lhamə Quliyevanın ölümü ilə bağlı ekspertizanın nəticəsi 15 gün sonra açıqlanacaq.

Bunu xalq artistinin oğlu Orxan Nadirov deyib.

Onun sözlərinə görə, hələlik ölümün dəqiq səbəbi məlum deyil: “Vəsiyyəti və başqa hüquqi işlərlə vəkil məşğul olur. Vəsiyyət etmişdi ki, onu tabutda dəfn edək. Amma müsəlman qaydasına görə insan dünyasını dəyişəndə onu tabutda dəfn etmirlər. Anam da əsl müsəlman qadın idi, ona görə də mən onu tabutda dəfn edə bilmərəm”.

Qeyd edək ki, xalq artisti həmişə yaxınlarına “Məni tabutda basdırın” deyə vəsiyyət edib.

Xatırladaq ki, İ.Quliyeva fevralın 25-də dünyasını dəyişib.