BolgeXeber.Com » BÖLGƏ TV » Nazirin dayısını çayxana tikməyə qoymadılar - FOTO/VİDEO

Nazirin dayısını çayxana tikməyə qoymadılar - FOTO/VİDEO

27-02-2016, 10:58
Oxunub: 3 246 Nazirin dayısını çayxana tikməyə qoymadılar - FOTO/VİDEOAğsu rayonunda icra başçısı Ənvər Seyidəliyevla Baş Dövlət Yol Polisi İdarəsinin Ağsu RQİ və TBŞ-nin rəisi Sahib İmanov arasında gərginlik hökm sürür

Bu barədə Qaynar.info-ya Ağsudan məlumat verilib.

Məlumatda bildirilir ki, icra başçısı Ağsu RQİ və TBŞ-nin binasının yerləşdiyi ərazidə restoran tikdirmək istəyib. Lakin Sahib İmanov buna imkan verməyib və onun səylərindən sonra tikinti dayandırılıb.

Məlumata görə, Ağsu RQİ və TBŞ-nin idarəsinə hər gün yüzlərlə insan gəlir. Bina şəhərdən uzaq olduğu üçün ərazidə restoran yoxdur. Ənvər Seyidəliyev isə burda restoran tikməklə yaxşı gəlir əldə edəcəyini düşüb. Amma icra başçısına arzusunu həyata keçirməyə imkan verməyiblər.

Məlumat üçün qeyd edək ki, Ənvər Seyidəliyev əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun dayısıdır. İlk baxışda Ağsudakı "restoran qalmaqalı"nı sıradan bir məmur çəkişməsi hesab etmək olar. Amma dərindən düşündükdə, bunun klanlararası mübarizənin nəticəsi olduğunu görürük.