BolgeXeber.Com » BÖLGƏ TV » Nazirin İlhaməni şəhid adlandırdığı çıxışının Videosu

Nazirin İlhaməni şəhid adlandırdığı çıxışının Videosu

27-02-2016, 11:04
Oxunub: 2 214 Nazirin İlhaməni şəhid adlandırdığı çıxışının VideosuOnun “İlhamə Quliyevanı da şəhidlərin sırasına qatıram deməsi cəmiyyətdə narazılığa səbəb olub

Xəbər verdiyimiz kimi, dünən Xalq artisti İlhamə Quliyeva ilə vida mərasimində mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin çıxışı qalmaqala səbəb olub. Onun “İlhamə Quliyevanı da şəhidlərin sırasına qatıram deməsi cəmiyyətdə narazılığa səbəb olub.

AzNews.az xəbər verir ki, nazirlik bununla bağlı rəsmi açıqlama yayıb və bəzi kütləvi informasiya vasitələrinin sensasiya naminə nazir tərəfindən səsləndirilən fikirlərin ümumi kontekstdən çıxarıldığını və başqa mənaya yönəldildiyini bildirib.

Əbülfəs Qarayevin İlhamə Quliyevanın vida mərasimindəki çıxışının videosunu təqdim edirik: