Rus əsgərlərlə çeçenlərin kütləvi davası- VIDEO
27-02-2016, 11:11
Oxunub: 1 340
“Çeçenistan respublikasının Şatoy rayonunun Borzoy kəndində yerləşən hərbi hissədə düşən dava məişət xarakterlidir. Bunun hərbi xidmətlə heç bir əlaqəsi yoxdur”
Bu barədə rus əsgərlərlə çeçenlərin kütləvi davasını şərh edən Çeçenistan Respublikasının başçısı Ramzan Kadırov “Vkontakte” səhifəsində yazıb.
Onun sözlərinə görə, hadisə 23 fevralda baş verib. “Münaqişəyə səbəb isə hərbi qulluqçulardan birinin başqasını qadın-aşpazın yanında ədəbsiz fikirlər üçün alçaltması olub. Bu sözlər mübahisəyə səbəb olub. Hissənin komandanlığı vaxtında vəziyyəti nizama salmayıb”, – deyə Kadırov yazıb.
Kadırov ordu komandanlığının nümayəndələri ilə birgə lazımı ölçüləri qəbul edəcəyinə söz verib. “Mən adi hadisəni şişirtməməyə və siyasiləşdirməməyə məsləhət görürəm. Hərbi qulluqçular özləri artıq bir-birini anladılar və peşmandırlar”, – deyə Çeçenistan lideri qeyd edib.
Çeçenistanın Borzoy kəndində olan hərbi hissədə rus əsgərlərlə çeçenlər arasında kütləvi dava olduğu barədə informasiyanı insan hüquqları üzrə məsləhət şurası təsdiq edib. Daha əvvəl sosial şəbəkədə kütləvi davanın əks olunduğu video yayılıb. Kadrlarda hərbi formada olan insanların arasında böyük dava görünür. Videoçarxa “25.02” adı verilib. Bunu davanın 25 fevralda baş verdiyi ilə bağlamaq olar.
Yayılan məlumatlara görə, Borzoyda yerləşən hərbi hissədə rus və çeçen əsgərləri arasında dava zamanı xeyli sayda yaralanan olub. Davaya səbəb əsgərlərdən birinin söyüş söyməsi və növbətçinin ona irad bildirməsi olub. Bundan sonra travmatik tapança və armaturla silahlanan çeçen əsgərlər qarşı tərəfə hücum edib. 25-dən artıq rus əsgər ağır yaralanıb. Hadisəyə görə qərargah rəisinin vəzifəsindən uzaqlaşdırıldığı qeyd olunur.ans
Çox Oxunanlar
- 13-02-2021, 17:48 : “Elektron su təsərrüfatı” informasiya sisteminin əsasnaməsi təsdiqləndi
Xəbərlər
- 2-02-2021, 22:08 : Prezidentin ifşa etdiyi məmurlar İSTEFAYA GÖNDƏRİLİR
Gündəm
- 3-02-2021, 17:55 : Azərbaycanda yeni universitet yaradılır - Prezident AÇIQLADI
Xəbərlər
- 3-02-2021, 17:15 : 5 –ci kalon”un gizli siması Heydərovun Makaryanla biznes şəbəkəsi - 1-ci yazı
Gündəm
- 4-02-2021, 12:14 : Şəhidin məzarı açıldı, qəbirqazan qorxub qaçdı - VİDEO
Xəbərlər
- 4-02-2021, 13:43 : Talançı oliqarxlar yenidən hədəfdə – Daha kimlərin həbsi real görünür?..
Gündəm
- 3-02-2021, 16:38 : Bu kəndin şəhidlərinə 4 aydır başdaşı qoyulmayıb-FOTO
Gündəm
- 3-02-2021, 17:31 : Ötən ay uşaqlara ən çox qoyulan adlar - SİYAHI
Xəbərlər
- 2-02-2021, 22:06 : İşğaldan azad edilmiş ərazilərdə görülən bərpa işləri dövlətimizin başçısının nəzarətindədir
Gündəm
- 5-02-2021, 18:14 : İlham Əliyevdən əmək pensiyalarının artırılması ilə bağlı SƏRƏNCAM
Gündəm