BolgeXeber.Com » BÖLGƏ TV » Bakıda fabrik məhsulu kənd yumurtası adı ilə satılır – VİDEO

Bakıda fabrik məhsulu kənd yumurtası adı ilə satılır – VİDEO

27-02-2016, 11:48
Oxunub: 2 919 Bakıda fabrik məhsulu kənd yumurtası adı ilə satılır – VİDEORəngi bir az sarı olan yumurtanı kənd yumurtası kimi “kəndfason”, bir az iri olanı isə “ekstra” adı ilə müştəriyə təqdim edirlər

Qiymətləri kənd yumurtası və digər yumurtalarla müqayisədə münasib görən müştərilər isə buna aldanırlar.
“Kəndfason” adı ilə 13-14 qəpiyə satılan bu yumurta əslində fabrik məhsuludur. “Ekstra” adlanan yumurtaların içində isə 2 sarı olur.
Əsl kənd yumurtası isə minimum 20 qəpiyə satılır.
Məsələyə münasibət bildirən Quşçular Cəmiyyətinin sədri Aydın Vəliyev bildirir ki, Azərbaycanda yumurtalar 3 növ olur.
Çəkisi 50 qramdan aşağı, 50 qram və daha çox olan və 60 qramdan ağır yumurtalar. 2 sarılı yumurtalar isə az olur və kütləvi satışı müşahidə olunmur. Cəmiyyətin sədri hazırda fabriklər tərəfindən yumurtaların topdan satışının 8 qəpikdən baha olmadığını bildirir.