BolgeXeber.Com » BÖLGƏ TV » Bakıda yol polisi qadın sürücünü belə döydü – BİABIRÇI VİDEO

Bakıda yol polisi qadın sürücünü belə döydü – BİABIRÇI VİDEO

29-02-2016, 10:54
Oxunub: 3 868 Bakıda yol polisi qadın sürücünü belə döydü – BİABIRÇI VİDEOYol polisi qadının maşınına pəncərədən minərək onu təhqir edib

Bir neçə gün öncə Bakıda yol polisi inspektoru ilə sürücü arasında gərgin anlar yaşanıb. Hadisəni əks etdirən video saytımıza dünən daxil olub. Avtosfer.az xəbər verir ki, görüntüləri hadisə şahidlərindən biri qeydə alıb. Polisin əmrinə tabe olmayan 99 FH 475 nömrə nişanlı avtomobilin sürücüsü - qadın onu inadla avtomobilindən kənarlaşdırmağa cəhd edib. Videodan 99 YP 497 nömrə nişanlı YPX ekipajının əməkdaşı olduğu bilinən Əlövsət adlı polis sürücü qadına qarşı kobudluq edərək onu yerə yıxır. Daha sonra öz avtomobilinə pəncərədən minən qadının ardınca polis də pəncərədən maşına daxil olur. Baxmayaraq ki, onların daxil olduğu qabaq oturacaqda sərnişin də əyləşib.
Qəribəsi budur ki, çox acınacaqlı olan bu mənzərədə təqsirkar təkcə sürücü və ya ona qarşı kobudluq edən polis əməkdaşı deyil, hamıdır. Sürücü qadın təcrübəsizlikdən, cərimə məbləğindən ehtiyat etdiyindən belə edə bilər. Polis əməkdaşı isə əsəbi ola bilər. Lakin onun inspektorun ekipaj yoldaşlarının, qadın sürücünün avtomobilində əyləşmiş kişinin və yolda gülərək olayı seyr edənlərin müdaxilə etməməsi, onları sakitləşdirməməsi təəssüf doğuran mənzərə yaradır.
Qeyd edək ki, şahidlər hadisənin Xətai rayonu, Süleyman Vəzirov küçəsində baş verdiyini bildiriblər.
P.S. Hadisənin səbəbləri barədə məlumat verilməyib.Hər iki tərəfi dinləməyə və mövqeyini işıqlandırmağa hazırıq.
Həmin hadisəni əks etdirən görüntüləri təqdim edirik: