BolgeXeber.Com » BÖLGƏ TV » Azərbaycanda məktəb direktoru qonşusunu bıçaqlayıb - FOTO - VİDEO

Azərbaycanda məktəb direktoru qonşusunu bıçaqlayıb - FOTO - VİDEO

2-03-2016, 13:07
Oxunub: 3 010 Azərbaycanda məktəb direktoru qonşusunu bıçaqlayıb - FOTO - VİDEOLerik rayonunda məktəb direktoru qonşusunu bıçaqlayıb

"Report"un məlumatına görə, hadisə ötən gecə rayonun Veri Əliabad kəndində baş verib.

Belə ki, kənd sakini 36 yaşlı Seyid Baloğlan oğluQurbanov və kəndməktəbinin direktoru işləyən Rəhimov Adil Yaqub oğluarasında mübahisə düşüb. Münaqişə zəminində A.Rəhimov qonşusunu bıçaqlayıb.

Çoxsaylı bıçaq zərbələri alan yaralı bu gün səhər Lənkəran Rayon Mərkəzi Xəstəxanasına (RMX) çatdırılıb. Sinə, kürək və qol nahiyələrində kəsilmiş-deşilmiş yaralar olan Seyid Qurbanova hemopnevmatoraks, yəni ağ ciyərlərin hava və qan kütləsi ilə dolması diaqnozu qoyularaq, dərhal cərrahiyə əməliyyatına alınıb. Onun vəziyyəti ağır qiymətləndirilir.

Faktla bağlı Lerik Rayon Polis Şöbəsində (RPŞ) istintaq tədbirlərinə başlanılıb.

Azərbaycanda məktəb direktoru qonşusunu bıçaqlayıb - FOTO - VİDEO
Azərbaycanda məktəb direktoru qonşusunu bıçaqlayıb - FOTO - VİDEO