BolgeXeber.Com » BÖLGƏ TV » Manatla kredit niyə verilmir? - Video

Manatla kredit niyə verilmir? - Video

11-03-2016, 09:46
Oxunub: 4 256 Manatla kredit niyə verilmir? - VideoAzərbaycanda manatla kredit verən banklar azlıq təşkil edir

Bolgexeber.com-un xəzər xəbər-ə istinadən məlumatına görə, banklar bu mövzuda özlərinə bəraət qazandırmağa çalışsalar da, ekspertlər hesab edirlər ki, vəziyyəti dəyişdirmək mümkündür.

Faktı Azərbaycan Banklar Assosiasiyasında da təsdiq edirlər. Banklar hələ də manatla kredit verməkdə maraqlı deyil. Və bunu depozitlərin əksəriyyətinin xarici valyutada olması ilə əlaqələndirirlər.

Bir sözlə- banklar öz risklərini sığortalayır, lakin dollarla kredit götürəcək müştərisinin gələcək çətinliklərini heç nəzərə də almırlar. Halbuki, çətinliklə üzləşən vətəndaş sabah elə bankın özü üçün risk deməkdir.

Mütəxəssislər hesab edirlər ki, hökumət bankların həm manatla əmanətlərin cəlbi, həm də milli valyuta ilə kreditlərin verilməsi baxımından çox önəmli tədbirlər həyata keçirir. Lakin kommersiya bankları bunlardan istifadə etməyərək, siyasətlərini davam etdirirlər.