BolgeXeber.Com » BÖLGƏ TV » Məşhur müğənni Zemfira Litvadakı konsertində söyüş söydü - "Ukrayna bayrağını yığşdırın" -VİDEO

Məşhur müğənni Zemfira Litvadakı konsertində söyüş söydü - "Ukrayna bayrağını yığşdırın" -VİDEO

22-03-2016, 18:37
Oxunub: 3 119 Məşhur müğənni Zemfira Litvadakı konsertində söyüş söydü - "Ukrayna bayrağını yığşdırın" -VİDEORusiyanın məşhur müğənnisi Zemfira Litvada konsert verərkən öz fanatlarından tələb edib ki, zaldakı Ukrayna bayraqlarını yığışdırsınlar

Virtualaz.org korrespondent.net-ə istinadən bildirir ki, müğənni bunu həm də çox kobud formada tələb edib.

"Mən Rusiya vətəndaşıyam. Biz hazırda Litvadayıq. Mən sizdən xahiş edirəm, mən sizdən xahiş edirəm, ***** siz öz vətəninizi sevirsiniz, mən də öz vətənimi sevirəm", - deyə Zemfira vurğulayıb.

Xatırladaq ki, bu, müğənninin konsertində Ukrayna bayrağı ilə bağlı ilk insident deyil. Təxminən bir il əvvəl konsert zamanı pərəstişkarlarından biri səhnəyə çıxaraq ona Ukrayna bayrağı vermişdi. Onda Zemfira səhnədə həmin bayrağı açaraq alqışlar altında oxumağa davam etmiş, sonra isə onu mikrofonun dayaq hissəsinə bağlamışdı.