BolgeXeber.Com » BÖLGƏ TV » ATV-nin yeni rəhbəri kim olacaq?-VİDEOLAR

ATV-nin yeni rəhbəri kim olacaq?-VİDEOLAR

25-03-2016, 10:03
Oxunub: 3 453 ATV-nin yeni rəhbəri kim olacaq?-VİDEOLARRauf Dadaşov yol polislərini cəzalandıracağını deyərək «avtomobili haradan aparmısınızsa, gətirib yerinə qoyun» tələbini irəli sürüb

2012-ci ilin mayında ATV-yə Vüqar Qaradağlı prezident təyin olunanda onun nəinki ATV-yə, ümumilikdə teleməkanımıza yeni nəfəs gətirəcəyi güman olunurdu. Ancaq ötən zaman kəsiyində bu gözləntilərin heç biri özünü doğrultmadı. Əksinə ATV ucuz şou arxasınca düşərək tamaşaçıdan uzaqlaşmağa başladı. Mətanət Əliverdiyevanın Binəqədi rayonunda 16 mərtəbəli binada facəvi bir şəkildə həlak olmuş insanlara qarşı laqeyd, amansız münasibəti bu uzaqlaşmanı daha da dərinləşdirdi. Telekanal aparıcının əvəzinə üzr istəməkdənsə aparıcını efirə çıxarıb müdafiə kampaniyası qurdu. Buna qədər isə Mətanət Əliverdiyeva artıq şpagat açmış, Rəhimin qucağında studiyanın qapısına kimi gedə bilmişdi. Təbii ki, nə Mətanətə, nə də ondan geri qalmayan Zaur və Günay Baxşəliyevlərə Vüqar Qaradağlı “gözün üstə qaşın var” demədi, əksinə daha geniş şərait yaratdı. Bunun da məntiqi sonluğu “Bu stil mənim” verilişi oldu. dəb üzrə heç bir təhsili olmayan Zaur Baxşəliyevi münsif, həyat yoldaşını aparıcı elədilər, Türkiyədə yaşayan Günay Musayevanın isə efirdə Azərbaycanın dövlət dilində danışmamasına göz yumuldu. Bütün bunlar isə dəyərli Azərbaycan tamaşaçısının sərt etirazlarına səbəb oldu, hər yerdə bu mövzu müzakirə olunmağa başlandı. Mətanət Əliverdiyevanı xalqın etirazından qoruyub efirdə saxlayan Vüqar Qaradağlı xalqın dili məsələsində artıq bunu bacarmadı və “Bu stil mənim” efirdən yığışdırıldı.

Vüqar Qaradağlı ATV-yə gələndən az sonra qaynı Rauf Dadaşovu icraçı direktor təyin edib, Mia.az-a daxil olan məktubda yazılanlara görə, “ATV həyətinə ilk dəfə taksi ilə girən Vüqar Qaradağlı indi 5 (beş) bahalı xarici avtomobilin sahibidir. Vəzifəyə gəldiyi gündən bir az keçmiş heç kəsin tanımadığı Gültəkin adlı qızı – dünya miqyaslı amerikalı meqaulduz Rihannanın Bakıda Kristal Hall-da verdiyi konsertdə onunla bir səhnəni bölüşməsi, Qaradağlının Bodrumda əldə etdiyi malikanəsi, qızı Gültəkin Qaradağlının ABŞ-da Nyu-Yorkdaki ali təhsilinin neçə il öncə edilmiş ödənişləri, həmçinin qızı Gültəkin üçün ABŞ-da Nyu-Yorkun ən dəbdəbəli məhəlləsində aldığı mənzili, ən bahalı moda markalarından orda olunan saysız alış-verişlər, daha sonra alınan bu bahalı fəşn moda geyimlərinin instaqram səhifəsində Gültəkinin ”İ LOVE FASHİON” adı altında şərhi, Madonna, Lady Gaga, Cennifer Lopez kimi dünya ulduzlarının menecerlərini çox baha qiymətə kirayələyərək onlarla yeni albom çıxartmaq üçün qurulmuş iş birliyi, bu albomun üz qabığının ABŞ-da yox-Almaniyada xüsusi qrafika ilə çıxardılması, ATV-də reklamlardan, sponsorlardan axan pullar – ATV prezidenti Vüqar Qaradağlının sərvətinin sərhədsiz olmasından xəbər verir!!!”. Ən maraqlısı və gülməlisi budur ki, dünya ulduzları ilə səhnə bölüşən Gültəkin Qaradağlı AzTV-də yayımlanan “Səs Azərbaycan”da ortabab ifası ilə münsiflərin heç birinin diqqətini çəkmədiyi üçün növbəti tura da keçə bilmədi.

ATV-yə yeni təyin olunanda Publika.az-a verdiyi açıqlamada efirə yeni simalar gətirəcəyini, ATV məktəbi yaradacağını bəyan edən Qaradağlı ANS-dən, Liderdən aparıcıları yüksək maaşla cəlb etməklə işini bitmiş hesab edir. Halbuki son zamanlar maddi sıxıntılardan bir neçə veriliş bağlanıb.

Ən maraqlı hadisə isə 2016-cı ilin yanvar ayında baş verdi. ATV xəbər qəflətən Dövlət Yol polisini “vurdu”. Xüsusi bir reportaj hazırlayıb yol polisi əməkdaşlarına qanun dərsi keçmək istəyən ATV sən demə Vüqar Qaradağlının qaynı Rauf dadaşovun təəssübünü çəkirmiş. Bəli, Avtosfer.az-ın yazdığına görə, yanvarın 6-da, saat 21.40-da ATV-nin rəhbər həxslərindən biri olan – vitse-prezident Rauf Dadaşova məxsus 10 UE 579 dövlət nömrə nişanlı, «Prado» markalı avtomobil Yasamal rayonu, Mətbuat prospektində «Tri Karona» adlanan yerdə İnzibati Xətalar Məcəlləsinin 155.2.2. maddəsinə normativ tələblər pozulmaqla avadanlığın quraşdırılmasına və ya dəyişdirilməsinə görə saxlanılb və cərimə meydançasına aparılıb. Sürücü isə 150 manat cərimə edilib. Onun avtomobilində ksenon lampalar olub və bu üzdən də avtomobil cərimə meydançasına aparılıb. Rauf Dadaşov yol polislərini cəzalandıracağını deyərək «avtomobili haradan aparmısınızsa, gətirib yerinə qoyun» tələbini irəli sürüb. Məsələyə ATV-nin prezidenti Vüqar Qaradağlı səviyyəsində müdaxilə edilməsinə baxmayaraq, həmin gün avtomobil cərimə meydançasından buraxılmayıb. Qısacası, ATV-də yol polisi haqqında repotajın yaranma səbəbi də bu imiş. Necə deyərlər “dəymə taxta qapımı, döyməyim dəmir qapını”. Əks halda bəs nəyə görə ATV daha yol polisini tənqid etmir? Bəlkə yol polisinin fəaliyyətində hansısa dəyişiklik olub bizim xəbərimiz yoxdur?

Bütün bunlar artıq telekanalın rəhbərliyinin dəyişdirilməsi məsələsini gündəmə gətirib və yaxınlarda, çox güman ki, may ayında qəti qərar veriləcək. Yenilik.Az-ın əldə etdiyi məlumata görə ATV-nin yeni rəhbəri qismində daha çox hazırda Xəbərlər departamentinə rəhbərlik edən Vaqif Aydın oğlu Mustafayevin üzərində dayanılır. Vaqif Aydınoğlu həm gənc, həm də ATV-də püxtələşmiş telejurnalistdir. Bundan əlavə Vaqif Mustafayevin bir üstünlüyü də var ki, onu ATV-də hər kəs sevir, hörmət edir, çünki V. Aydınoğlu heç kimin haqqını tapdalamır, obyektivliyi sevir. Yenilik.Az-a daxil olan məlumata görə Novruz bayramı ərəfəsində yeni rəhbər təyinatı məsələsi qətiləşsə də son anda hansısa səbəbdən təxirə düşüb, amma gündəmdən də çıxmayıb.
ATV-nin yeni rəhbəri kim olacaq?-VİDEOLAR
1999-cu il mayın 5-dən işıq üzü görən «Bizim əsr» və elə həmin il iyunun 4-dən nəşrə başlayan «Naş vek» qəzetlərinin baş redaktoru olub. 1999-cu ildən efirə çıxan «Radio Lider»in və 2000-ci il sentyabrın 1-dən fəaliyyətə başlayan «Lider» televiziyasının daxil olduqları «Media-Holdinq»in baş direktoru işləyib (2006-ci il sentyabrın 1-dək). Vüqar Qaradağlı 2008-ci ilin noyabrından ATV-yə rəhbər təyin olunduğu 2012-ci il mayın 14-dək keçmiş millət vəkili Gülər Əhmədovanın “Mərkəz” qəzetində baş redaktor postunu tutub.

ATV-dən münasibət öyrənmək mümkün olmasa da biz yenə də yazıda adları çəkilən şəxslərin mövqeyini dərc etməyə hazırıq.

ATV-nin Vüqar Qaradağlının qaynına görə hazırladığı iddia olunan və hazırda Yutubdan silinmiş süjetin videosu