BolgeXeber.Com » BÖLGƏ TV » Meyxanaçı qara maskalıların hücumundan danışdı: "Çəkdilər qırağa..." VİDEO

Meyxanaçı qara maskalıların hücumundan danışdı: "Çəkdilər qırağa..." VİDEO

1-04-2016, 14:28
Oxunub: 3 297 Meyxanaçı qara maskalıların hücumundan danışdı: "Çəkdilər qırağa..." VİDEO"Hətta polis komandiri məni tanıdı və mənimlə şəkil də çəkdirdi"

Rusiyanın Yekaterinburq şəhərində 200 nəfərə yaxın azərbaycanlının, o cümlədən meyxanaçı İntiqam Rüstəmovun saxlanması haqda yayılan məlumatların detallarını öyrənmək üçün meyxanaçıya zəng etdik.

O, dünən axşam radələrində baş verən hadisə barədə teleqraf.com-un suallarının cavablandırdı:

- İntiqam bəy, Rusiyanın Yekaterinburq şəhərində polis tərəfindən saxlanıldığınız barədə xəbərlər yayıldı. Hadisə necə oldu, polis niyə sizi saxladı?

- Rusiyanın Yekaterinburq şəhərində polis tərəfindən saxlanılmağımızla bağlı xəbərlər həqiqətə uyğun deyil. Azərbaycanlı qardaşımız Ağayar Ağayevin 50 yaşı tamam oldu və biz təntənəli şəkildə onun ad gününü keçirirdik. Çoxlu sayda azərbaycanlıların bir yerə yığılması yəqin ki, kimlərisə narahat edib, ona görə də polis orqanlarının əməkdaşları 22:00-da ad günü keçirilən məclisə daxil oldular. Gördülər ki, adi bir ad günü tədbiridir. Hətta polis komandiri məni tanıdı və mənimlə şəkil də çəkdirdi. Mənə dedi ki, bizə belə bir məlumat verilmişdi ki, burada dava olacaq, ona görə də kafeni yoxlamağa gəlmişik. Bizə dəymədilər, bölməyə də aparmayıblar.

- Heç kəsi bölməyə aparmadılar? 200 nəfərin saxlanıldığı deyilir...

- Az sayda tədbir iştirakçılarını dindirmək üçün bölməyə apardılar. Sonra sərbəst buraxdılar. Tədbir səhər saat 8-dək öz axarı ilə davam etdi.

- Məlumata görə, yığıncaqda Rövşən Lənkəranskinin tanışı avtoritet elan ediləcəkmiş...

- Bu, məlumat doğru deyil. Yəqin media özündən belə bir şayiə uydurub.

- Rusiyadan nə zaman qayıdacaqsınız?

- Bu gün Azərbaycana qayıtmaq istəyirdim, məni tədbirə dəvət edən dostlar qoymadılar ki, qal, sabah gedərsiniz. Hazırda hər şey normaldır.

- Tədbir iştirakçıları nədən şübhələnir? Niyə polis adi ad günü tədbirinə basqın edib?

- Bu barədə hər hansı müzakirə etmədik, mənim də elə bir məlumatım yoxdur. Rusiyada bu kimi hallar adi qarşılanır. Bizim düşmənlərimiz ermənilər həmişə xain olublar və bizi istəməyiblər. Bu hadisədə onların da izi ola bilər, başqa bir səbəb də ola bilər. Biz incəsənətə adamlarıyıq və həmişə qalmaqaldan uzaq olmağa çalışırıq.

- Kriminal avtoritet kimi tanınan Rövşən Lənkəranskini tanıyırsınız?

- Rövşən müəllimi deyirsiniz? Onu harada görə bilərəm ki? Toylara gedən adamam.

----------

14:52

Rusiyanın Yekaterinburq şəhərində tanınmış meyxanaçı qardaşlar - İntiqam və Ehtiram Rüstəmovların da iştirak etdiyi məclisə qara maskalılar tərəfindən basqın edildiyi barədə xəbər vermişdik.

Bolgexeber.com bildirir ki, məsələ ilə bağlı lent.az İntiqam Rüstəmovla əlaqə saxlayıb. O, hadisənin təfərrüatını danışıb: "Elə biz meyxananı oxuyan yerdə maskalı şəxslər içəri girdilər. Bizi saxladılar, amma tanınmış olduğumuzu biləndən sonra buraxdılar. Hətta maskalarını çıxarıb, bizimlə şəkil çəkdirdilər. Bizdən başqa meyxanaçı Nicat Mənalı da orada idi. Hadisə idi, oldu. Bizə heç nə etməyiblər. Sadəcə bizi çağırdılar, çəkdilər qırağa, tanıyandan sonra isə bizi buraxdılar. Onu da deyim ki, bizdən üzr də istədilər. Rusiyada böyümüş adamam. Bu cür hadisələr mənə pis təsir etmir. Adi haldır. Orada atışma olmayıb. Sadəcə kimsə nəsə etmişdi. Mən bilmirəm, nə məsələ idi. Çünki maraqlanmadım. Maskalı şəxslər gedəndən sonra məclis yenə də davam etdi".

Qeyd edək ki, hadisə barədə Rusiyanın xəbər agentlikləri də məlumat yayıb. Məlumatlarda polisin kriminal avtoritetlərin yığıncağına müdaxilə etdiyi iddia olunur. Xüsusi əməliyyata Federal Təhlükəsizik Xidmətinin əməkdaşları da cəlb ediliblər. Rusiya Daxili İşlər Nazirliyinin regional idarəsindən bildiriblər ki, əməliyyat zamanı hadisə yerində narkotikə oxşayan maddə, habelə bıçaq və dəyənək aşkarlanıb.

Yerli mətbuatın xəbərinə görə, şəhərin Kosmonavtlar küçəsi, 134 ünvanında yerləşən "Qulyaki" kafesində kriminal "sxodka" keçirilirmiş. İddia olunur ki, tanınmış azərbaycanlı kriminal avtoritet Rövşən Lənkəranski Ural regionuna "nəzarətçi" kimi öz adamını - Ağayev Ağayar Hüseyn oğlunu qoymaq istəyib. Kafedə həm bu münasibətlə, həm də Ağayar Ağayevin ad günü ilə əlaqədar mərasim təşkil olunub.

Mərasimə regionun kriminal avtoritetlərinin toplaşdığı bildirilir və bu sırada Perveuralskdan gəlmiş Əli adlı "qanuni oğru", Vaqif (Kamışlovo), "Yuqra Cavanşir" və digər avtoritetlərin adı çəkilir. A. Ağayev ad gününü təntənəli keçirmək üçün Bakıdan da qonaqlar dəvət edib. Ehtiram və İntiqam Rüstəmov qardaşlarından başqa, Aqşin, Nicat Mənalı kimi meyxanaçılar, habelə "Oqni Baku" qrupu da dəvətli olub.