BolgeXeber.Com » BÖLGƏ TV » İlhamə qızıllarını ona bağışlayacaqmış — ŞOK VİDEO

İlhamə qızıllarını ona bağışlayacaqmış — ŞOK VİDEO

2-04-2016, 12:36
Oxunub: 2 485 İlhamə qızıllarını ona bağışlayacaqmış — ŞOK VİDEOMərhum xalq artisti İlhamə Quliyevanın mirası ətrafında söz-söhbətlər səngimək bilmir

İş o həddə çatıb ki, sənətkarın uzaq qohumları belə, miras iddiasına düşüblər.

Ölkə.Az İ.Quliyevanın ölümündən bir müddət öncə ATV kanalına verdiyi bir müsahibəni təqdim edir. Müsahibədən də açıq-aydın görünür ki, o, zinət əşyalarının bir qismini nəvəsinə bağışlayacağını söyləyir:

"Bütün zinyət əşyalarım doğum günlərində, bayram günlərində, məclislərimdə,şənlikərikdə hədiyyə olunub. Bir zərgərlik butiki açmaq istəyirəm. Hara gedirəmsə, zinət əşyası bağışlayıram. Çoxdur da, mənə bağışlayıblar. Saxlamışam, nəvəm böyüyəcək. Evlənəndə onun xanımına çoxlu şeylər saxlamışam. Mən gözəlliyi çox sevirəm".

Xatırladaq ki, sənətkarın oğlu Orxan Nadirovun Ruslan adlı üç yaşlı oğlu var.
Qeyd edək ki, İlhamə Quliyeva fevralın 25-də dünyasını dəyişib.
Bolgexeber.com