BolgeXeber.Com » BÖLGƏ TV » Ermənilərin Madagizdəki hərbi bazası darmadağın edildi - VİDEO

Ermənilərin Madagizdəki hərbi bazası darmadağın edildi - VİDEO

5-04-2016, 10:54
Oxunub: 2 801 Ermənilərin Madagizdəki hərbi bazası darmadağın edildi - VİDEOCəbhə xəttinin Xocavənd-Füzuli və Ağdərə-Tərtər istiqamətlərində itirilmiş mövqelərinin geri alınmasının heç bir nəticə vermədiyini anlayan Ermənistan tərəfi qoşunların təmas xəttinə yaxın yaşayış məntəqələrini atəşə tutmaqda davam edir

Bolgexeber.com Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, bu istiqamətdə düşmənin ən iri hərbi bazalarından biri sayılan, Ağdərə şəhərinə aparan əsas yol üzərində və onun şimalında yerləşən strateji baxımdan əhəmiyyətli Madagiz məntəqəsindəki hərbi bazanın qərargahı dəqiq zərbələrlə dağıdılıb.