BolgeXeber.Com » BÖLGƏ TV » Havanı suya çevirən butulka yaradıldı – video

Havanı suya çevirən butulka yaradıldı – video

9-04-2016, 10:18
Oxunub: 2 986 Havanı suya çevirən butulka yaradıldı – videoAvstraliyadan olan sənaye dizayneri Kristof Retezar havadan su istehsal edən “Fontus Airo” və “Fontus Ryde” butulkalarını satışa çıxarıb

İKT.lent.az-ın “gazeta.ru” saytına istinadən məlumatına görə, bu ixtira ilk növbədə səyahət sevərlər üçün nəzərdə tutulub. Belə ki, “Airo” modeli piyada gəzintilər, “Ryde” modeli velosipedçilər üçün nəzərdə tutulub.

Cihaz aşağıdakı kimi çalışır: Hava qapaqda soyuyur, kondensasiya olunur, filtrdən keçir və butulkaya verilir.

“Fontus Airo” butulkası avtonom enerji mənbəyi olan günəş batareyası ilə mühafizə olunub. Xüsusi texnologiya sayəsində cihazın sahibi daimi olaraq təzə mineral su ilə təmin olunacaq.

Layihə “Indiegogo”da yerləşdirilib. Bu butulkaları 200 dollar və 160 dollara əldə etmək mümkündür.
Bolgexeber.com