BolgeXeber.Com » BÖLGƏ TV » Şəhid hərbiçimiz II Fəxri Xiyabanda dəfn olundu-VİDEO

Şəhid hərbiçimiz II Fəxri Xiyabanda dəfn olundu-VİDEO

9-04-2016, 17:22
Oxunub: 3 526 Şəhid hərbiçimiz II Fəxri Xiyabanda dəfn olundu-VİDEOO döyüş zamanı şücaət göstərərək bir neçə yaralı dostlarını atışma gedən ərazidən çıxarmağa da yardımçı olub!

Qoşunların təmas xəttində ermənilərin hücumunun qarşısını alarkən şəhid olmuş Azərbaycan Ordusunun əsgəri, 1993-cı il təvəllüdlü Quliyev Mahir Qadir oğlu nəşi bu gün İkinci Fəxri Xiyabanda torpağa tapşırılıb. Dəfn mərasimində Müdafiə Nazirliyinin nümayəndələri yerli icra orqanları, şəhidin yaxınları,dostları, ictimaiyyət və kütləvi informasiya vasitələri iştirak ediblər.
Yaylım atəşindən sonra şəhidin nəşi torpağa tapşırılıb. Cənazəsinə bükülmüş Azərbaycanın üçrəngli bayrağı isə onun atasına təqdim edilib. Qeyd edək ki,şəhid ötən il Texniki Universitetdən məzun olub.O döyüş zamanı şücaət göstərərək bir neçə yaralı dostlarını atışma gedən ərazidən çıxarmağa da yardımçı olub!
Bolgexeber.com