BolgeXeber.Com » BÖLGƏ TV » Qəhrəman şəhidlər II Fəxri Xiyabanda torpağa tapşırıldı-VİDEO

Qəhrəman şəhidlər II Fəxri Xiyabanda torpağa tapşırıldı-VİDEO

11-04-2016, 19:27
Oxunub: 3 082 Qəhrəman şəhidlər II Fəxri Xiyabanda torpağa tapşırıldı-VİDEOZakir Həsənov çıxışı zamanı qeyd etdi ki, “Şəhidlərin qisası alınacaq və biz öz ərazi bütövlüyümüzü bərpa edəcəyik. Heç kəs buna şübhə etməsin"

Aprelin 2-də gedən döyüşlərdə erməni mövqelərinə aviasia zərbələri zamanı düşmən tərəfindən vurulan Mİ-24 helikopterində şəhid olmuş qəhrəman pilotlarımız - mayor Təbriz Musazadə, mayor Urfan Vəlizadə, baş leytenant Bəkir İsmayılovla və düşmənlə döyüşlərdə qəhrəmanlıqla həlak olmuş digər hərbçimiz - Xüsusi Təyinatlı Qüvvələrin polkovnik-leytenatı polkovnik-leytenat Murad Mirzəyevlə bu gün vida mərasimi keçirilib.
Müdafiə Nazirliyinin Təlim Tədris Mərkəzində keçirilən şəhidlərlə mərasimə Müdafiə Nazirliyinin rəhbərliyi də qatılıb.Mərasimdə həmçinin Müdafiə nazirliyinin Baş Qərargah rəisi Nəcməddin Sadıqov, generallar, nazir müavinləri, hərbi prokuror Xanlar Vəliyev şəhidlərin yaxınları, dövlət və hökumət rəsmiləri, deputatlar, hərbçilər, ictimaiyyət nümayəndələri iştirak ediblər.
Zakir Həsənov çıxışı zamanı qeyd etdi ki, “Şəhidlərin qisası alınacaq və biz öz ərazi bütövlüyümüzü bərpa edəcəyik. Heç kəs buna şübhə etməsin"
Şəhidlərin yaxınları da belə igidlərlə fəxr etdiklərini bildirdilər.
Qəhrəman pilotlarımız yaylım atəşindən sonra 2-ci Fəxri Xiyabanda torpağa tapşırıldılar.Onların tabutlarına örtülən bayraqlar isə ailələrinə təhvil verildi.
Allah rəhmət eləsin!
Bolgexeber.com