BolgeXeber.Com » BÖLGƏ TV » İmişlidə səhiyyənin durumu nə yerdədir? VİDEO

İmişlidə səhiyyənin durumu nə yerdədir? VİDEO

13-04-2016, 17:28
Oxunub: 2 541 İmişlidə səhiyyənin durumu nə yerdədir? VİDEOXəstələr də öz növbəsində onlara yaradılan bu şəraitdən öz razılıqlarını bildirdilər

“Bölgələrimizdə səhiyyənin durumu nə yerdədir ?” adlı layihəmiz öz axarıyla davam edir.Bu dəfə isə İmişli rayonunun Mərkəzi Xəstəxanasına yollanaraq,orada səhiyyənin durumu ilə maraqlandıq. Azərbaycan Prezidenti İlham Əliyevin İmişli rayonun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında sərəncamına əsasən 2010-cu ildə Mərkəzi Rayon Xəstəxanası yenidən təmir olunub. Ən son müasir avadanlıqlara təmin olunan bu xəstəxanada xəstələrə xidmət də yüksək səviyyədədir.Mərkəzi Xəstəxananın Yoluxucu Xəstəliklər şöbəsinin müdiri Ələddin Əliyev btv-ə müsahibəsi zamanı bildirdi ki, “Bizim xəstəxanada yoluxucu xəstəliklərə tutulanlar üçün xüsusi şərait yaradılıb və burada bütün lazımı dərman preparatları mövcüddür.”
Xəstələr də öz növbəsində onlara yaradılan bu şəraitdən öz razılıqlarını bildirdilər.

Ölkəmizdə uğurlu səhiyyə islahatlarının tərkib hissəsi olan yeni xəstəxana və tibb müəssisələrinin regionlarda da inşası Azərbaycan dövlətinin vətəndaşların sağlamlığına verdiyi önəmin təzahürüdür.
Bolgexeber.com