BolgeXeber.Com » BÖLGƏ TV » Moskvada Azərbaycan konsulluğunun əməkdaşını döydülər – VİDEO

Moskvada Azərbaycan konsulluğunun əməkdaşını döydülər – VİDEO

16-04-2016, 10:17
Oxunub: 3 173 Moskvada Azərbaycan konsulluğunun əməkdaşını döydülər – VİDEOHücum müşahidə kamerası ilə qeydə alınıb

Moskva polisinə Azərbaycan konsulluğunun əməkdaşına hücum edilməsi barədə məlumat daxil olub.

Oxu.Az “Lifenews”a istinadən xəbər verir ki, bunu şikayətçi özü bildirib.

Onun sözlərinə görə, taksi sifariş edib, lakin yolda gedərkən münaqişə baş verib. Sonda Moskvanın mərkəzindən keçən Konyuşkovski küçəsində sözügedən şəxsə bədən xəsarətləri yetirilib.

“Təcili yardım çağırılıb. Zərərçəkən Azərbaycan konsulluğunun əməkdaşı olduğunu iddia edir”, - deyə tibbi dairələrdə olan mənbə bildirib.

Hücum müşahidə kamerası ilə qeydə alınıb.

Kadrlarda yolun kənarında ağ minik maşınının dayandığı, ordan iki kişinin çıxdığı və dava etdikləri əks edilib. Zərərçəkənin sözlərinə görə, mübahisə yolda başlayıb, daha sonra isə küçədə yolun kənarında dava ilə bitib.

Dalaşan kişilərə yoldan ötən maşınların sürücüləri diqqət yetirənə qədər bir neçə dəqiqə keçib. Daha sonra hadisə yerinə polis əməkdaşları və təcili yardım gəlib.