BolgeXeber.Com » BÖLGƏ TV » Şəhid Nazim Abdullayevin anım tədbiri keçirilib-VİDEO

Şəhid Nazim Abdullayevin anım tədbiri keçirilib-VİDEO

21-04-2016, 18:57
Oxunub: 9 941 Şəhid Nazim Abdullayevin anım tədbiri keçirilib-VİDEOAprel ayının 21-də torpaqlarımızın azadlığı uğrunda qəhrəmancasına döyüşərək şəhid olan “Azərbaycan Bayrağı” ordenli Nazim Abdullayevin dəfn olunduğu II Fəxri Xiyabanda anım tədbiri keçirilib

Anım məraisimində KİV nümayəndələri,Qarabağ müharibəsi əlilləri, şəhidin ailəsi, döyüş yoldaşları, ziyalılar, rayon ictimayyətinin nümayəndələri və Laçın rayon millət vəkili Mahir Abbaszadə iştirak edib.Anım mərasimi Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid ailələri İctimai Birliyinin Laçın rayon şöbəsinin və Karabakhmedia.az saytının təşkilati dəstəyi ilə keçirilib.
Şəhidi tanıyanlar BTV-ə müsahibələrində onun qəhrəmanlığından,şücaətindən söz açıblar.
Qeyd edək ki, Nazim Abdullayev 1967-ci ildə Laçın şəhərində doğulub. 1992-ci ildə oxuduğu Bakı Neft-Kimya Texnikumunu yarımçıq qoyaraq Laçın rayon polis batalyonuna daxil olub.

Laçın rayonunun Zabux, Tığik, Cicimli, Güləbird kəndləri uğrunda gedən döyüşlərdə qəhrəmanlıqla vuruşduğuna görə Azərbaycan Respublikası Prezidentinin 18 dekabr 1993-cü il tarixli 77 saylı fərmanı ilə Azərbaycan Respublikasının müstəqilliyinin və ərazi bütövlüyünün qorunub saxlanmasında xüsusi xidmətlərinə görə Laçın rayon polis şöbəsinin polis nəfəri Abdullayev Nazim “Azərbaycan Bayrağı” ordeni ilə təltif edilib.

1994-cü il aprelin 21-də Füzuli rayonunu ərazisində yerləşən Lələtəpə yüksəkliyi uğrunda gedən döyüşlərdə şücaət göstərərək dostlarının mühasirədən çıxması üçün öz canını fəda edərək, qəhrəmancasına həlak olub.
Bolgexeber.com
Allah rəhmət eləsin!