BolgeXeber.Com » BÖLGƏ TV » Səmra Rəhimli “Eurovision- 2016”nın finalında-VİDEO

Səmra Rəhimli “Eurovision- 2016”nın finalında-VİDEO

11-05-2016, 10:14
Oxunub: 4 283 Səmra Rəhimli “Eurovision- 2016”nın finalında-VİDEOAzərbaycanı İsveçin paytaxtı Stokholm şəhərində keçirilən "Eurovision-2016" mahnı müsabiqəsində təmsil edən Səmra Rəhimli finala vəsiqə qazanıb

"Report" xəbər verir ki, Səmra Rəhimli SMS-səsverməsi əsasında yarımfinalçılar arasında tamaşaçıların rəğbətini qazanaraq finala çıxan ilk iştirakçı olub.
Azərbaycan təmsilçisi ilə yanaşı ilk yarımfinaldan finala Rusiya, Niderland, Macarıstan, Xorvatiya, Avstriya, Çexiya, Kipr və Malta da vəsiqə qazanıb.
Daha 10 finalçı mayın 12-də keçiriləcək ikinci yarımfinal günü müəyyənləşəcək. Final konserti şənbə günü, 14 may tarixində baş tutacaq.
İlk yarımfinalda "Miracle" (Möcüzə) mahnısını ifa edən Səmra Rəhimli səhnəyə 14-cü çıxıb. Səhnədə onunla yanaşı 4 rəqqas və bir bek-vokalçı olub. Azərbaycanlı müsabiqə iştirakçısının çıxışı möhtəşəm pirotexniki effektlə müşayiət olunub.