BolgeXeber.Com » BÖLGƏ TV » Banklar plastik kartlardakı pula niyə limit qoyur? - VİDEO

Banklar plastik kartlardakı pula niyə limit qoyur? - VİDEO

22-05-2016, 11:27
Oxunub: 2 792 Banklar plastik kartlardakı pula niyə limit qoyur? - VİDEOSon dövrlər bir çox bankların bankomatlarında plastik kartdakı pulların çıxarılmasına müəyyən limitlər qoyulur

Pulu ya eyni bankomatdan nağdlaşdırmaq olmur, ya da 500 və yaxud 1000 manatlıq limtlər tətbiq eidlir. İqtısadçılar isə bunu banklarda nəğd pul sıxıntısının olması ilə əlaqələndirirlər.

Bolgexeber.com xezerxeber.com-a istinadən bildirir ki, mütəxəssislərin fikrincə, belə limitlərinin tətbiqi yalnız müqavilədə göstərildiyi şəkildə tətbiq edilə bilər.

İqtisadçı Vüqar Bayramov bildirir ki, xarici ölkələrdə belə limitlər plastik kartlara əsasən müştərilərin xahişi ilə qoyulur və xərclərə nəzarət etmək məqsədi daşıyır. Ölkəmizdə belə halla qarşılaşan müştərilər limitin götürülməsi üçün mütləq banka müraciət etməlidir.