BolgeXeber.Com » BÖLGƏ TV » Evakuator sürücüsü qaydaları belə pozur - VİDEO

Evakuator sürücüsü qaydaları belə pozur - VİDEO

18-06-2016, 14:57
Oxunub: 2 656 Evakuator sürücüsü qaydaları belə pozur - VİDEOBakıda evakuator özündən böyük yük maşını aparır

Görüntülərə baxdıqda aydın olur ki, evakuatorun sürücüsü heç bir təhlükəsizlik qaydasina əməl etmir.

Ekspertlər belə qaydada avtomobilin aparılmasını qanuna zidd hesab edirlər.

Görüntülər səhər saatlarında paytaxtın Nəsimi rayonu Asif Məhərrəmov küçəsində mobil telefonla çəkilib.

Evakuator sürücüsü hərəkətin inteniv olduğu yolda avtomobili üçün nəzərdə tutulmayan yük maşını aparır. İri tutumlu yük avtomobili isə evakuatorun yedəyindən təxminən 1 metrədən çox arxaya çıxıb. Bu həm digər hərəkət iştrakçıları, həm də evakuator sürücüsünün özü üçün böyük təhlükədir.

Ekspert Ərşad Hüseynovun sözlərinə görə, evakuator sürücüsü iri avtomobil apardığı üçün, yükgötürmə qaydalarını kobud şəkildə pozub.

''Yol hərəkəti haqqında”' qanunun 57-ci maddəsinə görə, yük elə yerləşdirilməlidir ki, aşması, dayanıqlığı, bir metrdən artıq qabağa-arxaya, 40 sm-dən isə sağa-sola çıxmasın.

Məsələ ilə bağlı sözügedən evakuator xidməti ilə əlaqə saxladıq. Özünü Elçin kimi təqdim edən nəzarətçi bildirdi ki, hadisəni araşdıracaqlar. Yük avtomobilinin evakuatorla aparılmasına gəldikdə isə hər bir evakuatora öz çəkisi ilə birlikdə maksimum 5 tona yaxın yük aparmağa icazə verilir.

Bəs yük daşıma qaydasına pozduğuna görə, evakuator sürücüsünə hansı cəza tətbiq edilə bilər?

(xezerxeber)