BolgeXeber.Com » BÖLGƏ TV » Bakıda konsertdə Enrike İqlesiasın qucağına tullanan qız iranlı imiş - VİDEO

Bakıda konsertdə Enrike İqlesiasın qucağına tullanan qız iranlı imiş - VİDEO

20-06-2016, 14:37
Oxunub: 3 911 Bakıda konsertdə Enrike İqlesiasın qucağına tullanan qız iranlı imiş - VİDEODünya ulduzu Enrike İqlesiasın Bakı konserti maraqlı şousu ilə yanaşı, gənc bir qızın ifaçının qucağına tullanmasıyla da yadda qalıb

axşam.az-a istinadən xəbər verir ki, qızın bu addımı birmənalı qarşılanmayıb, hər kəs onu bu hərəkətinə görə qınayıb, təhqir edib. Sosial şəbəkələrdə bu cür hərəkəti azərbaycanlı bir xanıma yaraşdırmayanların sayı-hesabı yox idi. Ötən gün isə qızın Roberta Lanzoni adlı italyan turist olduğu xəbəri yayılıb.
Bakıda konsertdə Enrike İqlesiasın qucağına tullanan qız iranlı imiş - VİDEO

Enrike İqlesiasın qucağına tullanan qız iranlı imiş

Lanzoni sosial şəbəkədə Enrikenin fotosunu paylaşaraq, şərh yazıb və bir çoxları həmin hərəkəti edənin o olduğunu zənn edib. Paylaşımın altına saysız şərhlər yazıldığını görən Lanzoni həmin xanımın o olmadığını bildirərək “Bu videonu bir fan səhifədən götürdüm. Bu xanım mən deyiləm” sözlərini bildirib.

Əslində isə Enrike İqlesiasın qucağına atlanan qızın İrandan gələn turist olduğu ortaya çıxıb.
Bakıda konsertdə Enrike İqlesiasın qucağına tullanan qız iranlı imiş - VİDEO

Enrike İqlesiasın qucağına tullanan qız iranlı imiş

Müğənninin pərəstişkarı olan Helia adlı qız bu hərəkəti ilk dəfə etmədiyini vurğulayıb.

“Bir daha mən və Enrike... Aman Allahım yenə Enrike. Mühafizəçiləri lənətə gəlsin. Bu gecə ikinci dəfə idi” deyə, Helia fotolarının altından yazıb.

O, ilk dəfə bu cəsarətli addımını ötən il avqustun 22-də atdığını bildirib.

Əldə etdiyimiz məlumata görə, Tehrandan "Formula 1" üçün Bakıya gələn Helia Bakı otellərindən birində qalır.