BolgeXeber.Com » BÖLGƏ TV » Maşını əlindən alındı, kredit borcu silinmədi - VİDEO

Maşını əlindən alındı, kredit borcu silinmədi - VİDEO

25-06-2016, 09:49
Oxunub: 5 381 Maşını əlindən alındı, kredit borcu silinmədi - VİDEOHüquqşünaslar isə deyir ki, hadisə iddia olunduğu kimi baş veribsə burada bir başa cinayət məsuliyyəti var

Bakı şəhər sakini Cəmilə Qəhrəmanova 3 il bundan öncə kreditlə maşın alıb, amma borcunu ödəyə bilmədiyi üçün maşını bank işçiləri tərəfindən alınıb.Amma qadının başına gələnlər bununla bitməyib. 3 ildən sonra bu yaxınlarda bankdan qadına borcunu ödəyə bilmədiyi üçün arayış gəlib. Cəmilə Qəhrəmanova məslə ilə bağlı banka müraciət edib. Bundan sonra onun maşını tapılaraq özünə təhvil verilib. Amma müxtəlif vaxtlarda qəzaya uğramış və üzərində 800manat cəriməsi ilə birlikdə.

Məsələ ilə bağlı maşını qadından alan bank işçisi Seymur Əliyevlə telefon əlaqəsi saxladıq. O isə məsəldə günahının olmadığını msələnin hüquqi müstəvidə həll olunacağını bildirdi. Hüquqşünaslar isə deyir ki, hadisə iddia olunduğu kimi baş veribsə burada bir başa cinayət məsuliyyəti var. Hüquqşünansların sözlərinə görə, vətəndaşlar belə hallarla qarşılaşmaq istəmirlərsə əllərindən alınan maşınların belə doğurdan satıldığını və borclarının ödənilib ödəniləmdiyini bank tərəfindən dəqiqləşdirsinlər və bununla bağlı bankdan çıxarış alsınlar.