BolgeXeber.Com » BÖLGƏ TV » Səhlənkarlığın səbəb olduğu yanğın - YASAMALDA(VİDEO)

Səhlənkarlığın səbəb olduğu yanğın - YASAMALDA(VİDEO)

30-06-2016, 16:22
Oxunub: 2 794 Səhlənkarlığın səbəb olduğu yanğın - YASAMALDA(VİDEO)Soruşanda isə, “təmizlik aparırıq,tullantıları yandırırq “ deyərək,özlərinə bəraət qazandırmağa çalışdılar

BTV bildirir ki,bu gün səhər saat 11:00 radələrində ,Bakının Yasamal rayonu,Şərifzadə küçəsi 16 ünvanında Yasamal rayon Mənzil Kommunal İstismar sahəsinin əməkdaşları guya təmizlik adı ilə ərazidə yerləşən 9 mərtəbəli binanın həyətini yandırıblar.Soruşanda isə, “təmizlik aparırıq,tullantıları yandırırq “ deyərək,özlərinə bəraət qazandırmağa çalışdılar.Lakin deyəsən “təmizlik”etməyin ən asan yolunu od vurub,yandırmaqda tapıblar.Kadrlardan da göründüyü kimi yanğın hətta ağaclara və digər yaşıllıqlara da keçib.Şübhəsiz yanğın yaşayış binasına da keçə bilərdi və nəticə daha böyük fəsadlara gətirib çıxarardı .
Məsələ ilə bağlı Yasamal rayon İstismar Birliyi ilə əlaqə saxladıq.İdarədən Zeynal müəllim yarı lağ-lağa, yarı ciddi bizə bildirdi ki,bu barədə onlarda heç bir məlumat yoxdur.
Hər halda işçilərin bu cür məsuliyyətsiz öz işlərinə,başdan sovdu yanaşması təbii ki,heç xoş hal deyil.Ümidvarıq ki,bu kimi xoşagəlməz hallar bir daha baş yaşanmaz.
Bolgexeber.com