BolgeXeber.Com » BÖLGƏ TV » Azərbaycanın otel problemi: qiymətlər niyə bahadır? VİDEO

Azərbaycanın otel problemi: qiymətlər niyə bahadır? VİDEO

5-07-2016, 09:32
Oxunub: 4 086 Azərbaycanın otel problemi: qiymətlər niyə bahadır? VİDEOYayın gəlişi ilə istirahətin özü qədər ona xərclənəcək məbləğ də düşündürür


İstirahət üçün bölgələrə gedənlər büdcələrinə uyğun otel tapmadıqları üçün alternativlər axtarırlar. Bu isə yerli turistlərin xarici ölkələrə üz tutması ilə nəticələnir. Mədəniyyət və Turizm Nazirliyindən isə bildirilir ki, otellər müştəri cəlb etmək istəyirsə qiymət siyasətini düzgün formalaşdırmalıdır.

Yayın gəlişi ilə istirahətin özü qədər ona xərclənəcək məbləğ də düşündürür. Təbiiki, istirahət xərclərində əsas yeri məhz otellər tutur.Azərbaycanın yay istirahəti üçün uyğun olan regionlarında otel qiymətləri ilə maraqlandıq. Turistlər hesab edir ki, qiymətlər şəraitə görə dəyişsə də ümumilikdə yüksəkdir. Məsələn bura cənub bölgəsinin mərkəzi hesab etdiyimiz Lənkərandır. Dincəlməyə gələnlər deyir ki, bir adam üçün nəzərdə tutulan 70 -- 200 manat arası qiymətlər yerli sakinləri belə daha ucuz qonşu ölkələrə üz tutmağa vadar edir.

Bu cür qiymətlər müştərilərin də sayına təsir edir. Otelllərin nümayəndələri isə müştəri azlığını ramazan ayı ilə əlaqələndirirlər. Şamaxıda isə xaricə getmək istəməyən sakinlər otellərin bahalığına görə nisbətən ucuz olan digər katejlərə üstünlük veriblər.

Şamaxıda otel qiymətləri şəraitinə görə 40 manatdan başlayaraq -130 manat qədər dəyişir. Mədəniyyət və Turizm Nazirliyindən isə bildirilir ki, otellər müştəri cəlb etmək istəyirsə qiymət siyasətini düzgün formalaşdırmalıdır.