BolgeXeber.Com » BÖLGƏ TV » ABŞ-da iğtişaşlar -Dallasda nümayiş zamanı dörd polis öldürülüb-FOTO,VİDEO

ABŞ-da iğtişaşlar -Dallasda nümayiş zamanı dörd polis öldürülüb-FOTO,VİDEO

8-07-2016, 10:30
Oxunub: 2 688 ABŞ-da iğtişaşlar -Dallasda nümayiş zamanı dörd polis öldürülüb-FOTO,VİDEODaha üç nəfərin vəziyyəti ağırdır

Dallasda dörd polisin qətlində şübhəli bilinən iki nəfər saxlanılıb

Oxu.Az BBC-yə istinadən xəbər verir ki, bu barədə yerli polis məlumat yayıb.

Məlumatda şübhəlilərdən birinin könüllü təslim olması, digərinin isə atışmadan sonra saxlanıldığı dəqiqləşdirilib.

Onun saxlanıldığı yerin yaxınlığında şübhəli qutu tapılıb. Hazırda qutuda partlayıcı maddənin olub-olmaması müəyyənləşdirilir.

10.11

Dallasda etirazlar zamanı dörd polis ölüb, daha 11 nəfər isə yaralanıb.

Bu barədə polis idarəsi məlumat yayıb.

Luiziana və Minnesotda polislər tərəfindən iki afroamerikalının qətlə yetirilməsindən sonra meyana gələn iğtişaşlar zamanı Diley-Plaza yaxınlığında naməlum şəxs asayiş keşikçilərinə atəş açıb.

Fox News-un məlumatına görə, zərərçəkən polislərdən üç nəfərinin vəziyyəti ağırdır.

Polis rəisi Devid Braun izah edib ki, snayper iki nəfər olub, hüquq-mühafizə orqanlarının əməkdaşları şübhəlilərdən birini “sıxışdıra” biliblər.

O həmçinin qeyd edib ki, şübhəlilər şəhərin mərkəzində bomba partlatmaqla hədələyiblər.

Son məlumata görə, Dallasda dörd polisin qətlində şübhəli bilinənlər saxlanılıb, onlardan biri könüllü şəkildə polis idarəsinə gələrək təslim olub.

Daha öncə şəkili sosial şəbəkələrdə yayılan kişi polisə təslim olub.

Polisdən qeyd ediblər ki, ikinci şübhəli xüsusi təyinatlılar tərəfidən sıxışdırılıb. Atışmadan sonra o da saxlanılıb.