BolgeXeber.Com » BÖLGƏ TV » Bakıda marketlərin birində konfetlərin içərisindən qurd çıxıb - VİDEO

Bakıda marketlərin birində konfetlərin içərisindən qurd çıxıb - VİDEO

9-07-2016, 18:27
Oxunub: 2 921  Bakıda marketlərin birində konfetlərin içərisindən qurd çıxıb - VİDEOBakıda marketlərin birində konfetlərin içərisindən qurd çıxıb

Qurdlu məhsulları satılması ilə əlaqədar ANS TV-yə şikayət olunub. ANS-ə müraciyət edən vətandaşlardan biri bildirib ki, paytaxtın Səbayıl rayonunda yerləşən marketdən aldığı şokolodların içindən qurd çıxıb. Bununla bağlı İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətindən bildirildi ki, belə hallarla qarşılaşan istehlakçı dərhal 195-2 çağrı mərkəzi və ya (012) 498-15-01, (012) 498-15-04 nömrələri ilə əlaqə saxlayaraq məlumat verə bilər. Şikayət və obyekt araşdırılaraq lazımı tədbirlər görüləcək.

Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsindən ANS TV-ə verilən məlumata görə, qənnadi məhsulların qurdlu olmasına görə, istehsalçının yoxsa satış məntəqəsinin məsulliyyət daşıdığı araşdırılmalıdır.

Qurumun mətbuat xidmətinin rəhbəri Fazil Talıdlı dedi ki, məhsulun saxlanılması əməl edilməməsi də standartların pozulmasıdır və buna görə də satıcını cəza gözləyir. Ümumiyyətlə yay mövsumunda şokolad alarkən diqqətli olun.