BolgeXeber.Com » BÖLGƏ TV » Türkiyədə hərbi çevriliş CƏHDİ: 90 ölü, 154 yaralı - YENİLƏNİR - VİDEO - FOTO

Türkiyədə hərbi çevriliş CƏHDİ: 90 ölü, 154 yaralı - YENİLƏNİR - VİDEO - FOTO

16-07-2016, 11:03
Oxunub: 4 176 Türkiyədə hərbi çevriliş CƏHDİ: 90 ölü, 154 yaralı - YENİLƏNİR - VİDEO - FOTOTürkiyədə Jandarma Məktəblər komandanı həbs edilib

Türkiyədə hərbi çevriliş zamanı ölən və yaralananların sayı artır. Son məlumatlara görə, ölənlərin sayı 90-a, yaralananların sayı isə 154-ə çatıb.

Bolgexeber.com report-a istinadən bildirir ki, bu barədə Türkiyə KİV-i məlumat yayıb.
Xəbərə görə, briqada generalı Sadıq Koroğlu hərbi çevrilişə cəhdə ittiham olunaraq tutulub.



* * *

Azərbaycan əsilli məşhur müğənni Sami Yusif Türkiyədəki hərbi çevriliş cəhdinə münasibət bildirib.

Məşhur müğənni mətbuat konfransı zamanı bildirib ki, Türkiyənin inkişafını bəzi qüvvələrin gözü götürmür.

"Bəzi insanlar Türkiyənin güclü, inkişaf etmiş bir ölkə olmaması üçün müəyyən cəhdlər edirlər".

Qeyd edək ki, məlum hadisələrə görə, Türkiyə Silahlı Qüvvələrinin 5 generalı və 29 polkovniki vəzifəsindən azad edilərək saxlanılıb.



* * *

"Türkiyədə demokratiya qələb çaldı".

Bolgexeber.com Trend-ə istinadən bildirir ki, bunu Türkiyənin iqtisadiyyat naziri Nihat Zeybəkçi deyib.

Onun sözlərinə görə, ölkənin bütün siyasi partiyaları dövlətə dəstək nümayiş etdiriblər.

Qeyd edək ki, ötən gecə Türkiyədə hərbi çevrilişə cəhd edilib. Hərbi çevrilişə cəhd nəticəsində 17 polis əməkdaşı olmaqla 60 nəfərin həlak olduğu bildirilir. Hərbi çevrilişə cəhddə 140-dan artıq hərbçinin həbs olunduğu bildirilir



* * *

Türkiyədə ötən gecədən başlanan uğursuzluqla nəticələnən çevrilişçi həmləsindən sonra qurbanların sayı durmadan artır.

Bolgexeber.com anspress-ə istinadən bildirir ki, prezident Rəcəb Tayyib Ərdoğanın evi önündə atışma baş verib. Nəticədə 1 polis məmuru ölüb.

* * *

Türkiyə mətbuatına istinadən son məlumatlara əsasən, 1374 nəfər həbs edilib. Əvvəlki məlumatlara görə, bu rəqəm 754 idi.



* * *

İran Türkiyədə dövlət çevrilişinə cəhdə görə ölkəyə təyyarə reyslərini dayandırıb.

Bu barədə İran mətbuatı məlumat yayıb.

Bundan əvvəl Rusiyanın xarici işlər naziri Sergey Lavrov vətəndaşları Türkiyəyə getməməyi tövsiyə etmişdi. Həmçinin Böyük Britaniya da vətəndaşlarını küçələrə çıxmamağa və insanların çox olduğu ərazilərə getməməyə çağırmışdı.

* * *

Azərbaycanın Türkiyədəki diplomatik nümayəndəlikləri gücləndirilmiş iş rejimində öz fəaliyyətlərini davam etdirirlər.

Milli.Az bildirir ki, bu barədə Trend-ə Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev deyib.

Qeyd edək ki, ötən gecə Türkiyədə hərbi çevrilişə cəhd edilib. Hərbi çevrilişə cəhd nəticəsində 17 polis əməkdaşı olmaqla 60 nəfərin həlak olduğu bildirilir.



* * *

"Türkiyədəki prosesləri real rejimdə, diqqətlə izləyirik. İstənilən formada qanlı toqquşmalara yol verməmək və yaranan bütün problemləri Konstitusiya müstəvisində həll etmək gərəkdir".

Rusiyanın xarici işlər naziri Sergey Lavrov Türkiyədəki olayları şərh edərkən belə deyib.

O ABŞ-ın dövlət katibi Con Kerri ilə görüşündən sonra jurnalistlərin suallarını açıqlayıb.

"Hazırda Türkiyədəki olaylar barədə jurnalistlər diplomatlardan çox bilirlər", - S.Lavrov deyib.

Rusiya XİN-nin mətbuat katibi Mariya Zaxarova isə Facebook-dakı səhifəsində yazıb: "Lavrov Türkiyədə olan rusiyalılara evlərini tərk etməməyi məsləhət görüb. Özümdən əlavə edim: Türkiəyə səfərə yollanmağı planlaşdıranlar - bütün riskləri bir daha götür-qoy edin! Xüsusilə də uşaqlarla səfərə yollanmaqdan söhbət gedirsə".



* * *

Türkiyənin paytaxtı Ankarada yerləşən Jandarma Komandanlığının binası çevrilişə cəhd edən hərbçilərdən azad edilib.

Bolgexeber.com APA-ya istinadən bildirir ki, bunu Türkiyə Daxili İşlər Nazirliyinin əmniyyət gənəl müdiri (baş polis idarəsinin rəisi) Cəlaləddin Ləkəsiz açıqlayıb. "Ankaranın Beştəpə məhəlləsindəki Jandarma Komandanlığı üsyançıların nəzarətinə keçmişdi. Buradan Türkiyənin 81 vilayətindəki jandarma qüvvələrini idarə etmək istəyirdilər. Lakin onlar mühasirəyə alındı, gecədən bəri atışmalar davam edirdi. Üsyançı hərbçilərdən 16-sı öldürüldü, 250-yə yaxın şəxs həbs edilib", - deyə C.Ləkəsiz bildirib.

Yerli vaxtla saat 08.41-də bina hökuməti dəstəkləyən polis xüsusi təyinatlıları tərəfindən ələ keçirilib. C.Ləkəsiz qiyama cəhd edənlərin "Fətullahçı Terror Təşkilatı"nın mənsubları olduğunu söyləyib.

* * *

Türkiyənin baş naziri Binəli Yıldırım Türkiyə Böyük Millət Məclisini fövqəladə toplantıya çağırıb.

Bolgexeber.com anspress-ə istinadən bildirir ki, toplantı bu gün Bakı vaxtı ilə saat 13:00-da olmalıdır.

Baş nazirin sözlərinə görə, Millət Məclisi milli iradənin səsi olaraq lazım olan cavabı verəcək.

"Müxalifət liderlərinə təşəkkür edirəm. Onlar demokratiyaya sahib çıxıblar, çevriliş cəhdinə qarşı dəqiq mövqe göstərərək, hökumətimizin yanında olublar. İkincisi, vətəndaşlarımız küçələri inqilabçılara verməyiblər. Buna görə, vətəndaşlarımıza çox təşəkkür edirəm. Bundan sonra da vətəndaşlarımız heç vaxt ayrılmasınlar, evində olanlar dərhal meydana gəlsinlər. Meydanı boş buraxmayaq", - deyə Binəli Yıldırım vurğuladı.

Ötən gecə Türkiyədə İstanbul və Ankarada insanlar təşvişə düşüblər. Buna səbəb hər iki şəhərdə qoşunların və zirehli texnikanın küçələrə çıxarılmasıdır.

Ankarada hətta qırıcılar aşağıdan uçuşlar həyata keçiriblər. Paytaxtda atışma səsləri eşidilib. Havaya qaldırılan helikopterlər binalardan birini atəşə tutub.

Reuters agentliyi xəbər verir ki, Türkiyənin baş naziri Binali Yıldırım bunun dövlət çevrilişinə cəhd oduğunu bəyan edib.

İnsidentlə bağlı Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan CNNTürk telekanalında telefon vasitəsilə açıqlamalar verib.

Ərdoğan deyib ki, o, Türkiyə Respublikasının prezidentidir və xalqa müraciət edərək, küçələrə axışmağı və hərbçilərə müqavimət göstərməyi xahiş edib.

O bildirib ki, bu çevrilişi edənlərin hamısı cəzalandırılacaq.

10:02

Türkiyə Silahlı Qüvvələrinin 5 generalı və 29 polkovniki vəzifəsindən azad edilərək, saxlanılıb.

Bu barədə Türkiyənin CNNTürk kanalı məlumat yayıb.

Qeyd edək ki, hələ də Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Hulusi Akar, həmçinin quru və hava qüvvələri komandanlarının yeri barədə heç bir məlumat yoxdur.

Anadolu Agentliyi isə III Ordu Hərəkat Qərargah başçısı, general Ekrem Çağlar da saxlanılıb.



* * *

Türkiyədə baş verən hadisələr xalqın seçdiyi hökumətə qarşı edilən çevriliş cəhdidir.

Milli.Az bildirir ki, bu barədə Türkiyənin Azərbaycandakı səfirliyindən APA-ya daxil olan məlumatda bildirilib.

Məlumatda daha sonra qeyd olunub: "Millətimiz birlik və bərabərlik nümayiş etdirərək buna qarşı çıxıb. Prezidentimiz və hökumətimiz öz vəzifələrini icra etməkdədir".

Səfirliyin açıqlamasında bunun Türk Silahlı Qüvvələrinin hamısının iştirak etdiyi hadisə olmadığını da qeyd edib: "Türk Silahlı Qüvvələrinin daxilindəki bir qrupun işidir və buna xalqımız tərəfindən cavab verilib".



* * *

Azərbaycan XİN Türkiyədə baş verən hadisələrlə bağlı məlumat yayıb.

Nazirlikdən verilən məlumata görə, məlumatda deyilir ki, qardaş Türkiyədə baş vermiş hadisələr rəsmi Bakını ciddi surətdə narahat edib və sarsıdıb:

"Bu, demokratik yolla Türkiyə xalqının seçdiyi hökumətə qarşı bir qrupun etdiyi çevriliş cəhdidir. Türkiyə milləti və dövləti birlik və bərabərlik nümayiş etdirərək buna qarşı çıxıb.

Qardaş Tükiyə xalqı və dövlətinin yanında olduğumuzu bir daha bəyan edərək, tezliklə vəziyyətin tam şəkildə sabitləşəcəyinə və normallaşcağına əminliyimizi ifadə edirik".



* * *

Şənbə günü gecə Türkiyədə hərbi çevrilişə cəhd edilib.

Milli.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, çevrilişə cəhd nəticəsində 60 nəfər ölüb, 754 nəfər Türkiyə Silahlı Qüvvələri mənsubu həbs edilib, 5-i general, 29-u polkovnik olmaqla 34 nəfər vəzifəsindən uzaqlaşdırılıb.



* * *

Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Hulusi Akar girov götürülərək Akınçı hərbi bazasına aparılıbmış.



Son saatlarda keçirilmiş əməliyyat nəticəsində isə H.Akar azad edilib.

Hazırda onun səhhətinin normal olduğu və davam edən əməliyyata rəhbərliyi üzərinə götürdüyü də qeyd olunur.



* * *

Milli.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Hulusi Akar xilas edilib.

O, təhlükəsiz əraziyə aparılıb.

* * *

Ötən gecə bir qrup əsgər Kanal D və CNN Türkün olduğu "Doğan Medya Center"ə hücum edib.

07:47

İstanbulun Atatürk hava limanı uçuşların qəbulunu və yola salmasını bərpa edib.

Bu barədə məlumatı "Anadolu" agentliyi yayıb.
Qeyd edək ki, ötən saat ərzində hava limanında atəş səsləri eşidilib.
Ötən gecə Türkiyədə silahlı dövlət çevrilişi cəhdi baş tutub. 6 saata yaxın davam edən qarşıdurmalardan sonra qiyam yatırılıb, 130 nəfərə yaxın hərbçi saxlanılıb.

* * *

Türkiyə dövləti Bosfor boğazını bağlayıb.

Bosfor boğazından tankerlərin gediş gəlişi qadağan edilib.

Boğazın bağlanmasını ötən gecə ölkədə hərbi çevriliş cəhdləri ilə bağlı təhlükəsizlik tədbirləri çərçivəsində olduğu qeyd olunur.

* * *

Türkiyənin baş naziri Binəli Yıldırım ötən gecə ölkədə baş verən iğtişaşa qalxan şəxslərin çoxunun polkovnik və daha yuxarı rütbəli zabitlər tərəfindən yönləndirildiyini açıqlayıb.

CNN Turk-ə müsahibə verən B.Yıldırım qeyd edib ki, silahlı əməliyyatlar zamanı 130-dan artıq şəxs saxlanılıb. O saxlanılanlarda müxtəlif rütbəli zabitlərin olduğunu bildirib, general rütbəli birinin isə öldürüldüyünü vurğulayıb: "Silahlı iğtişaşa cəhd edənlərin polkovnik və daha yuxarı rütbəli zabitlər olduğu müəyyənləşdirilb".

Baş nazir silahlı çevriliş cəhdi edənlərin terrorçulardan daha təhlükəli olduğunu da vurğulayıb: "Təəssüf ki, millətin pulu ilə alınan silahlarla xalqa atəş açdılar. Bu da onların gözlərinin qanla dolu olduğunu göstərdi. Bunlar terror qruplaşmasından daha təhlükəlidir".
Binəli Yıldırım hazırda vəziyyətin kontrol altında olduğunu vurğulayıb.

* * *

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Marmarisdə qaldığı oteli tərk edəndən sonra binaya hücum olub.

Hadisə Türkiyə prezidentinin binanı tərk etdiyindən təxminən 45 dəqiqə sonra baş verib.

Belə ki, 4 hərbi helikopter otelin üstünə enib, təxminən 40-a yaxın əsgər helikopterlərdən enib. Helikopterlər uzaqlaşdıqdan sonra həmin hərbçi şəxslər otelin divarlarını güllələyib. Prezidentin qaldığı əraziyə əl qumbaraları atılıb.
Əraziyə cəlb olunan polis qüvvələri ilə qiyamçılar arasında qarşıdurma yaranıb. Nəticədə 1 polis nəfəri yaralanaraq hospitala götürülüb, onun vəziyyətinin ağır olduğu bildirilir.

07:28

Türkiyədə hərbi çevriliş cəhdi Türkiyə Silahlı Qüvvələri Baş qərərgahının sabiq müşaviri, polkovnik Muharem Kose tərəfindən hazırlanıb.

Kose Baş qərərgah rəisi Hulusi Akarın sərəncamı ilə vəzifədən uzaqlaşdırılıb.

Şənbə günü gecə Türkiyədə hərbi çevrilişə cəhd edilib. Hərbi çevrilişə cəhd nəticəsində 17 polis əməkdaşı həlak olub. Hərbi çevriliş etməyə cəhd edənlər Atatürk hava limanını tutmağa cəhd edib.

07:26

Türkiyədə hərbi çevriliş cəhdi ilə əlaqəsi olan polkovnik öldürülüb. Bu barədə Türkiyənin Baş naziri Binəli Yıldırım deyib.

Baş nazir öldürülən polkovnikin adını açıqlamayıb.

B.Yıldırım həmçinin bildirib ki, indiyə qədər hərbi çevriliş cəhdi ilə əlaqəsi olan 130 hərbçi saxlanılıb.

Şənbə günü axşam Türkiyədə hərbi çevrilişə cəhd edilib. Hərbi çevrilişə cəhd nəticəsində 17 polis əməkdaşı həlak olub. Hərbi çevriliş etməyə cəhd edənlər Atatürk hava limanını tutmağa cəhd edib.

07:15

Türkiyədə hərbi çevriliş cəhdi nəticəsində Ankarada 60 nəfər həlak olub.

Trend-in TRT Haber telekanalına istinadən verdiyi xəbərə görə, hərbi çevriliş cəhdi nəticəsində yaralananlar var, lakin onların sayı məlum deyil.

Hərbi çevriliş cəhdi ilə əlaqəli olan 140-dan artıq hərbçi saxlanılıb.

Şənbə günü gecə Türkiyədə hərbi çevrilişə cəhd edilib. Hərbi çevrilişə cəhd nəticəsində 17 polis əməkdaşı həlak olub. Hərbi çevriliş etməyə cəhd edənlər Atatürk hava limanını tutmağa cəhd edib.

07:14

Türkiyədə hərbi çevriliş cəhdi Türkiyə Silahlı Qüvvələri Baş qərərgahının sabiq müşaviri, polkovnik Muharem Kose tərəfindən hazırlanıb.

Trend Türkiyənin Akşam qəzetinə istinadən xəbər verir ki, Kose Baş qərərgah rəisi Hulusi Akarın sərəncamı ilə vəzifədən uzaqlaşdırılıb.

Şənbə günü gecə Türkiyədə hərbi çevrilişə cəhd edilib. Hərbi çevrilişə cəhd nəticəsində 17 polis əməkdaşı həlak olub. Hərbi çevriliş etməyə cəhd edənlər Atatürk hava limanını tutmağa cəhd edib.

02:16

Türkiyədə fövqəladə hadisə baş verib.

Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahından mediaya göndərilən mesajda ordunun ölkə üsuli-idarəsini ələ keçirdiyi bildirilib.

İyulun 15-də axşam saatlarından etibarən Türkiyə Cümhuriyyətinin paytaxtı Ankarada anormal vəziyyət yaşanmaqdadır. Silahlı Qüvvələrin Baş Qərargahından silah səslərini gəlməsindən sonra qırıcı təyyarələri uçuşa qadağan bölgələr olan Türkiyə Böyük Millət Məclisi baş qərargah binaları üzərindən alçaq uçuş keçiriblər.

Ankaradan əməkdaşımıza məlumat verən 2 jurnalist bunu "son dərəcə anormal durum" kimi xarakterizə ediblər. "1980-ci il hərbi çevrilişini xatırladan bir durum var"-adını açıqlanmasını istəməyən jurnalistlərdən biri deyib.
CNN Türk kanalının canlı yayınına telefonla bağlanan baş nazir Binali Yıldırım da bu durumun bir "dövlət çevrilişinə təşəbbüs" olduğunu deyib :"Bir çevriliş təşəbbüsü kimi qiymətləndiririk. Əmr-komandanlıq zənciri olmadan ordu içindəki bəzi adamların qanunsuz hərəkətlərindən söhbət gedir. Millətimiz bilsin ki, demokratiyaya zərər gətirəcək heç bir fəaliyyətə icazə verilməyəcək. Vətəndaşların seçdiyi hökumət iş başındadır. Bunun iş başından getməsi ancaq millətin iradəsiylə olur. Bu çevrilişə təşəbbüs edib bu çılğınlığı yapanlar ən ağır şəkildə cəzalarını çəkəcəklər. Millətimiz sakit olsun"- deyə sözlərinə davam edən baş nazir Binali Yıldırım polis qüvvələrinin lazımi tədbirləri görmək üçün səfərbər edildiklərini vurğulayıb.

Ankarada cərəyan edən hadisələrə paralel olaraq İstanbul Boğazındakı iki körpü də keçidlərə qapadılıb. İstanbul aeroportunun da uçuşlara qapadılmasından sonra aeroportun ətrafına tanklar yerləşdirilib. Eyni zamanda Taksim meydanına və İstanbulun bəzi mühüm nöqtələrinə tankların yerləşdirildiyi bildirilir.
TRT kanalının ordu tərəfindən ələ keçirilərək "Yurdda Sülh Şurası"nın ordunun hakimiyyətə əl qoymasıyla bağlı bəyanatı oxunub. İstanbul Baş Polis İdarəsinin yerləşdiyi Vətən prospekti tərəfindən atışma səsləri gəlməkdədir. Gece yarısı Muğla vilayətinin Marmaris qəsəbəsindən açıqlama verən prezident Ərdoğan isə çevriliş təşəbbüsünə etiraz etmək üçün xalqı küçələrə, meydanlara, aeroportlara çıxmağa çağırıb. Təşəbbüsün arxasında Gülən icmasının olduğuna eyham vuran prezident Ərdoğan "Bunun da öhdəsindən gələcəyik. Millətimizi rahat olsun. Baş nazirimiz də lazımi açıqlamanı verdi. Polislər də daxil olmaqla bu işə qarışan hər kəs ən ağır şəkildə cəzalandırılacaq"- deyə vurğulayıb.
Ankaradan məlumat verən istefada olan bir hərbçi deyib ki, çevriliş təşəbbüsü ordu içindəki çoxu polkovniklərdən ibarət olan bir qrup tərəfindən təşkil edilib. "Xuntanın içində bir neçə general-mayor da var, onların bu işi axıra qədər aparmaları mümkün deyil. Səhərə qədər qalmaz ki, bu çevriliş təşəbbüsü basdırılar". TRT kanalında ordunun ölkə üsuli-idarəsinə əl qoymasına dair bəyanatın oxunmasından sonra ölkədə küçəyə çıxmaq qadağan edilib. Hərbi xuntanın İstanbul baş polis idarəsinin binasını ələ keçirmək təşəbbüsünün qabağını almaq üçün idarənin yerləşdiyi Vətən prospekti də qapadılıb. Çevriliş təşəbbüsündən sonra ilk açıqlamasını verən ana müxalifətdəki CHP lideri Kamal Kılıçdaroğlu "Demokratiyamıza sahib çıxırıq"- deyib.
Prezident Ərdoğanın müraciətindən sonra AKP vilayət, rayon və qəsəbə təşkilatlarının idarəçiləri məhəllələrdə mikrofonlarla xalqa müraciət edərək onları küçə və meydanlara dəvət edirlər.

02:09

Türkiyədə hərbi çevriliş cəhdinin arxasında "nurçular" hərəkatının banisi və lideri Fətulla Gülən durur.

Bunu Türkiyə Silahlı Qüvvələrindəki mənbələr bildiriblər.

Milli.Az DHA-ya istinadən bildirir ki, hazırda ABŞ-ın Pensilvaniya ştatında siyasi mühacir kimi yaşayan F.Gülənin tərəfdarları Türkiyə ordusunda orta rütbəli zabitlərdir.



Türkiyə ordusunun ali rütbəli zabitləri və komandanlığı qiyamçıları zərərsizləşdirməyə çalışır.

02:03

Türkiyədə hərbi çevriliş cəhdi ilə əlaqədar olaraq fövqəladə vəziyyət və komendant saatı elan olunub.

TRT telekanalında bununla bağlı açıqlama verilib.
Türkiyənin Müdafiə Nazirliyi bəyanat yayaraq bu açıqlamanın qanunsuz olduğunu vurğulayıb.

"Qiyamçılar TRT binasına soxularaq belə bəyanatı diktora oxutdurublar. Bəyanat mənasızdır. Ölkədə Konstitusiyanı və demokratiyanı qorumaq üçün bütün gərəkli addımlar atılacaq", - Müdafiə Nazirliyinin açıqlamasında deyilir.

Türkiyədə hərbi çevriliş CƏHDİ: 90 ölü, 154 yaralı - YENİLƏNİR - VİDEO - FOTO


01:56

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan xalqı meydanlara, qiyamçılara qarşı çıxmağa çağırıb.

Marmarisdəki "Grand Yazıcı Mares Otel"də olarkən CNN Türk-ün stadiyasına Skype vasitəsilə bağlanan Ərdoğan deyib: "Məlum strukturdan olan bir dəstə insan qiyama cəhd edib. Bunun da cavabı veriləcək. Bütün xalqı hava limanlarına, meydanlara, küçələər çağırıram. Millətimiz rahat olsun. Baş nazir də gərəkən açıqlama ilə çıxış edib. Bu işə, qiyama qarışan polislər də ən ağır şəkildə cəzalandırılacaq".

Türkiyənin dövlət başçısı daha sonra bildirib: "Hazırda ölkəmin prezidenti olaraq çox açıq və konkret deyirəm: qurucusu olduğum partiyanın bütün pənsubları, bununla yanaşı milli iradəni təşkil edən vətəndaşları şəhərlərimizin meydanlarına dəvət edirəm. Şəhərlərimizin meydanlarında xalqımızla əl-ələ olacağıq və bu qiyama başlayanlara gərəkən dərsi orada verəcəyik.



Bu gün baş verənlər gerçəkdən də Silahlı Qüvvələrin daxilindəki bir azlığın qiyam cəhdidir. Bu məlum yapıya aid, paralel təşkilatlanmanın təşviq etdiyi, onların istifadə etdiyi hərəkətdir. Ölkəmizin birliyinə, öərabərliyinə, bütünlüyünə qarşı olan bu hərəkətə millət olaraq gözəl cavab verəcəyimizə, bu adamların gərəkli cəza alacaqlarına inanıram. Türkiyə belə qiyamlarla ucuz satılacaq ölkə deyil, Pensilvaniyadan da idarə olunacaq ölkə heç deyil. Millətimə səslənirəm, millətimizi meydanlara, hava limanlarına dəvət edirəm. Millətcə meydanlarda, hava limanlarında toplanaq və bunların o azlıqdakı qrupu tankları, topları ilə gəlsinlər, xalqa nə edəcəklərsə, orada etsinlər. Xalqın gücünün üstündə bir güc tanımadım indiyədək. Bu qiyam cəhdinin uğurlu olacağına inanmıram. Tarix boyu qiyamçıların heç biri uğurlu olmayıb. Əfsuslar olsun ki, orduda komandanlıq zənciri pozulub. Amma bu ölkənin Silahlı Qüvvələrinin Baş Komandanı mənəm və mənim xəbərim olmadan belə addım atanlarla bağlı prokurorluq da müvafiq addımları atıb".

01:40
Türkiyədə hərbi çevriliş CƏHDİ: 90 ölü, 154 yaralı - YENİLƏNİR - VİDEO - FOTO

Ankarada Türkiyə Milli İstihbarat Təşkilatının (MİT) binası yanır.

Binanın ətrayfında xeyli sayda yanğınsöndürən maşınlar və hərbçilər var.
Türkiyədə hərbi çevriliş CƏHDİ: 90 ölü, 154 yaralı - YENİLƏNİR - VİDEO - FOTO



01:24

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbuldakı Atatürk hava limanına yollanıb.





01:17

İstanbulun Baş Prokurorluğu hərbi çevrilişə cəhd göstərmiş hərbçilərlə bağlı həbs qərarı verib.

MilliAz AHT-yə istinadən bildirir ki, operativ-əməliyyat tədbirləri artıq başlanıb.



01:13

Bu gecə Ankarada Polis Akademiyasının binası partladılıb.

İstanbulda Atatürk beynəlxalq hava limanı, Ankarada TRT-nin və itqtidarda olan Ədalət və İnkişaf Partiyasının baş qərargahının binalarının ətrafında hərbçilərdir.

Türkiyədə hərbi çevriliş CƏHDİ: 90 ölü, 154 yaralı - YENİLƏNİR - VİDEO - FOTO


Onların qiyamçı hərbçilər olduqları deyilir.

Lakin az öncə bəlli olub ki, qiyamçıların özləri mühasirəyə alınıblar.

00:58

Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahında ordu generalı, Baş Qərargah rəisi Hulusi Akar qiyamçı hərbçilər tərəfindən girov götürülüb.

Baş Qərargahın binasında atəş səsləri gəlir. Bir vertolyot binanın ətrafına atəş açıb.

Türkiyədə hərbi çevriliş CƏHDİ: 90 ölü, 154 yaralı - YENİLƏNİR - VİDEO - FOTO


---------

00:55

Sosial şəbəkələrdə Türkiyə vətəndaşlarının yazdıqlarına görə, hazırda Ankara və İstanbulun müxtəlif yerlərində atışma səsləri eşidilir.

----------

00:47

Anadolu Xəbər Agentliyinin yaydığı məlumata görə, "Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahında bir qrup hərbçi hərbi çevrilişə cəhd göstərib, cəhdin qarşısı alınıb".

Baş Qərargah bu açıqlamanı "yanlış və uydurma" adlandırıb.

Videonu izləmək üçün şəklə klikləyin:

Türkiyədə hərbi çevriliş CƏHDİ: 60 nəfər həlak olub

Türkiyədə hərbi çevriliş CƏHDİ: 60 nəfər həlak olub - 2

Türkiyədə hərbi çevriliş CƏHDİ: 60 nəfər həlak olub - 1

----------
Türkiyədə hərbi çevriliş CƏHDİ: 90 ölü, 154 yaralı - YENİLƏNİR - VİDEO - FOTO

00:44

Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahı xüsusi bəyanat yayaraq "ölkənin idarəetmə strukturlarına nəzarəti əlinə keçirdiyini, ölkə rəhbərliyinine nəzarət altına alındığını, Türkiyənin beynəlxalq siyasətinin dəyişməyəcəyini" bildirib.

---------

00:38

Türkiyənin baş naziri Binali Yıldırım ölkədə hərbi çevriliş cəhdinin qarşısının alındığını bildirib.

Baş nazir CNN Türk telekanalına söyləyib: "Bir qrup hərbçi onlara verilmiş səlahiyyətlər və silahlardan istifadə edərək məsuliyyətsiz, qanunsuz addımlar atmağa çalışıblar. Asayişi və qayda-qanununu qorumaq üçün əlimizdən gələni edəcəyik. Günahkarları ən ağır cəza gözləyir".

Türkiyədə hərbi çevriliş CƏHDİ: 90 ölü, 154 yaralı - YENİLƏNİR - VİDEO - FOTO


Ankarada naməlum hərbti vertolyot Milli İstihbarat Təşkilatının binasını atəşə tutub.
Hazırda Ankara səmasında hərbi təyyarələr və vertolyotlar uçuşur.

İstanbulda polis Bosfor boğazı üzərindən körpülər üzərində hər iki istiqamətə hərəkəti dayandırıb.

İstanbuldakı Atatürk hava limanı qapadılıb. Ankarada polis və jandarmeriyanın bütün əməkdaşları təcili işə çağırılıblar.

Ankarada hazırda TRT və MİT binalarını əsgərlər mühafizəyə alıblar. TRT yayımı dayandırıb.

Az öncə Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahı "Ölkədəki situasiyaya tam nəzarət olunur, bütün dövlət qurumları kontrol altındadır" bəyanatını yayıb.