BolgeXeber.Com » BÖLGƏ TV » Özünü tankların altına atdı - VİDEO

Özünü tankların altına atdı - VİDEO

20-07-2016, 10:14
Oxunub: 2 961 Özünü tankların altına atdı - VİDEOTürkiyədə baş verən hərbi çevrilişə cəhddən sonra meydanlara çıxan vətəndaşların reaksiyaları haqda məlumatlar artmaqdadır

Daha öncə Türkiyə mətbuatında əsgərlərin idarə etdiyi tankların qarşısına uzanaraq onu saxlamağa çalışan vətəndaşın fotoları yayılmışdı. Məlum olub ki, həmin gecə digər bir vətəndaş özünü 2 tankın altına atıb.
Ankarada görüntülənən videodan aydın olur ki, bir vətəndaş yola çıxaraq tankı durdurmağa çalışır. Tank da hərəkətini saxlamağa çalışsa da bu, alınmır və vətəndaşın üstündən keçir. Heç bir xəsarət almayan şəxs yenidən qalxaraq növbəti tankı saxlamaq istəyir. Bu dəfə isə tankı idarə edən şəxs düşünmədən vətəndaşın üstündən keçərək onu yüngül əzir.
Həmin videonu təqdim edirik:

/qafqazinfo