BolgeXeber.Com » BÖLGƏ TV » Şirvandakı partlayışda yaralıların sayı 10 çatdı - Xəstəxanadan açıqlama -FOTO/VİDEO-YENİLƏNİB
Şirvandakı partlayışda yaralıların sayı 10 çatdı - Xəstəxanadan açıqlama -FOTO/VİDEO-YENİLƏNİB
26-07-2016, 17:02
Oxunub: 5 385Müdafiə Sənayesi Nazirliyinin "Araz" zavodunda baş vermiş partlayışla bağlı Şirvan şəhər xəstəxanasına yaralılar gətirilməkdə davam edir
Xəstəxanadan "Qaynarinfo.Az"a verilən məlumata görə, xəstəxanaya 10 ağır yaralı gətirilib. Ərazidə olan tibbi yardım birqadası yaralıları gətirməkdə davam edir. Partlayışın həcmi böyük olduğundan və yaralıların sayı artığına görə Bakıdan əlavə tibbi yardım qüvvəsi cəlb olunub. Bu dəqiqələrdə daxil olan məlumata görə, Şirvan şəhərində güclü partlayışla müşaiət olunan yanğın baş verib. Yerli sakinlərin bildirdiyinə görə, Müdafiə Sənayesi Nazirliyinin "Araz" zavodunda dəhşətli partlayış olub. Deyilənə görə bu zavodda silah-sursat istehsal olunur.
Sakinlərin bildirdiyinə görə, hazırda partlayış baş verən əraziyə yaxın düşmək mümkün deyil. Hadisənin hansı səbəbdən baş verdiyi hələlik məlum deyil. Yaxın dəqiqələrdə həm hadisə ilə bağlı əlavə məlumat əldə etməyə çalışacağıq, həm də olaya aid video və foto görüntülər yayacağıq.
Xatırladaq ki, ötən il iyul ayının 6-da Müdafiə Sənayesi Nazirliyinin Şirvanda yerləşən "Telemexanika" zavodunda 1 nəfərin ölümü, 11 nəfərin yaralanması ilə nəticələnən partlayış baş vermişdi. Partlayış baş verən hər iki zavod hərbi təyinatlıdı.
* * *
Daxil olan məlumata görə, güclü partlayış nəticəsində ölən və yaralananların olduğu deyilir. Məlumata görə, partlayışdan sonra ərazidə yanğın başlayıb. Hətta partlayışın gücündən Şirvan şəhərindəki binalarda silkələnmə də müşahidə olunub.
* * *
Şirvan Şəhər Mərkəzi Xəstəxanasına 6 yaralı gətirilib. Bu barədə “Report”un bölgə müxbirinə xəstəxanadan məlumat verilib. Bolgexeber.com