BolgeXeber.Com » BÖLGƏ TV » Bakirəliyi pozmaq üçün kirayələnən “kaftar” həbs olunub - VİDEO

Bakirəliyi pozmaq üçün kirayələnən “kaftar” həbs olunub - VİDEO

27-07-2016, 18:13
Oxunub: 3 467 Bakirəliyi pozmaq üçün kirayələnən “kaftar” həbs olunub - VİDEOMalavidə azyaşlı qızlarla cinsi əlaqəyə girmək üçün kirayələnən HİV daşıyıcısı prezidentin sərəncamı ilə həbs edilib

Oxu.Az xəbər verir ki, “kaftar” kimi tanınan seks işçisi Eric Aniva haqqında keçən həftə BBC-də geniş məqalə dərc edilmişdi.

O, nəşrə bildirib ki, onu kirayələyənlərə HİV-ə yoluxması barədə heç nə deməyib.

Ölkə başçısı Peter Mutharika bəyan edib ki, polis onun etiraf etdiyi əxlaqsızlığa görə araşdırma apararaq ona qarşı ittiham irəli sürməlidir.

Malavidəki cinsi “təmizləmə ənənəsi” barədə yazı hazırlamış BBC müxbiri Ed Butler bildirir ki, ölkənin cənubundakı bəzi ucqar bölgələrdə qızların ilk aybaşından sonra kişi ilə cinsi əlaqəyə girməsi ənənəsi mövcuddur.

Məlumatda qızlardan bəzilərinin 12 yaşda olduğu bildirilir.

Malavi mədəniyyətində “kaftar” adətən dul qadın və ya uşağı olmayan evli qadınla cinsi əlaqəyə girən kişiyə deyilir.