BolgeXeber.Com » BÖLGƏ TV » Türkiyə prezidenti və baş nazir ağladı – VİDEO

Türkiyə prezidenti və baş nazir ağladı – VİDEO

30-07-2016, 10:03
Oxunub: 3 210 Türkiyə prezidenti və baş nazir ağladı – VİDEOTürkiyədə çevrilişə cəhd hadisəsinin qurbanları anılıb

Oxu.Az Haberler.com-a istinadən xəbər verir ki, anım mərasimi Beştepedə keçirilib.

Mərasimə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və baş nazir Binəli Yıldırım xanımları ilə qatılıb.

Tədbir zamanı Ərdoğan və Binəli Yıldırım olmaqla bütün mərasim iştirakçıları kədərlənib, onlar göz yaşlarına hakim ola bilməyiblər.

Qeyd edək ki, 15 iyulda Türkiyədə hərbi çevrilişə cəhd olub. Hadisə nəticəsində ümumilikdə 265 nəfər həlak olub. Onlardan 161 nəfəri hərbi çevrilişə cəhdin qarşısı alınarkən həlak olub, ölənlərdən 104-ü isə qiyamçı hərbçidir, 1500-dən çox yaralı var.
Bolgexeber.com