BolgeXeber.Com » BÖLGƏ TV » Dmitri Medvedyevlə Hadı Rəcəblini nə birləşdirir? - VİDEO

Dmitri Medvedyevlə Hadı Rəcəblini nə birləşdirir? - VİDEO

4-08-2016, 15:37
Oxunub: 3 373 Dmitri Medvedyevlə Hadı Rəcəblini nə birləşdirir? - VİDEORusiya Federasiyasının baş naziri D.Medvedyev bu gün Klyazmada "Mənaların ərazisi" adlı gənclər forumunda çıxış edərkən ilginc fikirlər səsləndirib

Baş nazir deyib ki, Dağıstanda mənə "nə üçün Rusiyada müəllim 10.000 - 15.000 rubl maaş alır, amma milis işçisi, hüquq mühafizə orqanı işçiləri 50.000 rubl" sualı verdilər. Mən cavab verdim ki, müəllim bir addı, tituldu. Bu tituldan imtina edib, çoxlu pul qazanmaq istəyirsənsə başqa işə keç - məsələn elə biznes sahəsinə. Bunun üçün xeyli gözəl imkanlar var. Mən də universiteti bitirəndə dedilər get prokurorluğa, yüksək maaş al, amma mən aspiranturaya getdim, mühazirələr oxudum, birtəhər yaşadım".

Moderator.az xəbər verir ki, ötən il Milli Məclisin Əmək və Sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli də mətbuata açıqlamasında müəllimlərin dolanışığı haqqında təxminən buna bənzər təklif irəli sürmüşdü. Fərq ondaydı ki, Hadı Rəcəbli bizim müəllimləri biznes sahəsini yox, işdən sonra zərurət yaranacağı halda əlavə pul qazanmaq üçün müəllimin hətta hörgü hörməsinin də qəbahət olmadığını bildirmişdi...

Medvedyevin çıxışını təqdim edirik: