BolgeXeber.Com » BÖLGƏ TV » Rioda daha bir qəza: qadın idmançının onurğası qırıldı – VİDEO

Rioda daha bir qəza: qadın idmançının onurğası qırıldı – VİDEO

8-08-2016, 20:31
Oxunub: 3 053 Rioda daha bir qəza: qadın idmançının onurğası qırıldı – VİDEOBraziliyada keçirilən Olimpiada zamanı daha bir bədbəxt qəza baş verib

Qadınların 10 km məsafəyə velosiped yarışında hollandiyalı Annemik van Vlöten lider olduğu zaman dönmə hərəkətini düzgün etməyib. Nəticədə yolun kənarındakı maneəyə dəyən idmançı qəza törədib.

Onun onurğası qırıldığından, dərhal özündən gedib. Tibb heyətinin köməyi ilə xəstəxanaya aparılan van Vlötenin beyin sarsıntısı keçirdiyi və 3 sınığının olması aşkarlanıb. 33 yaşlı idmançı isə “Tvitter” hesabında bunları qeyd edib: “Mən indi bir neçə zədə və sınıqlar almışam və xəstəxanadayam. Ancaq yaxşı olacağam. Məni ən çox məyus edən karyeramın ən yaxşı yarışından sonra bunun baş verməsidir”.

Qeyd edək ki, sabiq qızıl medalçı Kris Bordman isə bu qəzaya görə yolun təhlükəli olmasında günahı görüb. O hələ əvvəldən bu döngənin yarış üçün çox təhlükəli olmasına diqqət çəkdiyini bildirib. Çünki bundan əvvəl kişilərin yarışında bir italyan atlet də bu döngədə qəza etmişdi.