BolgeXeber.Com » BÖLGƏ TV » Qurban əti necə paylanmalı?-VİDEO

Qurban əti necə paylanmalı?-VİDEO

12-09-2016, 16:16
Oxunub: 2 910  Qurban əti necə paylanmalı?-VİDEOQurban ətinin paylanmasında islam qaydalarına əməl etmək, qurban kəsmək qədər önəmlidir

Sabah Qurban bayramıdır. İmkanı çatan qurban kəsəcək, ətindən imkansızlara paylayacaq. Bəs bu proses necə olmalıdır? Hansı heyvanlar qurban kəsilə bilər və ətləri hansı qaydada bölünərək, kimlərə paylanmalıdır? İlahiyyatçılar bildirir ki, qurban ətinin paylanmasında islam qaydalarına əməl etmək, qurban kəsmək qədər önəmlidir.

Qurbanlar kəsiləcək, ətlər ehtiyac sahiblərinə paylanacaq. Bəs hansı heyvanlar qurban kəsilə bilər və ətləri hansı qaydada bölünməli, kimlərə paylanmalıdır? İlahiyyatçılar bildirir ki, hər heyvan qurban kimi kəsilə bilməz və bu zaman mütləq islam qaydalarını gözləmək lazımdır.

Kəsiləcək qoyun və keçilərin yaşı 1, danaların yaşı 2, dəvələrin isə yaşı 5-dən az olmamalıdır. Qurban əti kəsildikdən sonra onun paylanmasına da xüsusi diqqətlə yanaşılmalıdır.

Kəsiləcək qurbanda say məhdudiyyəti yoxdur. İmkanı olan şəxslər nə qədər bacarsalar o qədər qurban kəsə və ehtiyac sahiblərini sevindirə bilərlər.

İnsanlara yardırmlaşmağı aşılayan qurbanı bayramı sabah səhər saat 8-də bayram namazı qılındıqdan sonra başlayacaq.