Bakıda ilginc OLAY: Arvadı ilə saunaya gedən kişinin başına oyun açdılar
15-09-2016, 15:04
Oxunub: 4 124
Kişi and-aman edib ki, əşşi, arvadımdı, buraxın gedək. İnanmayıblar, bunlarla məzələniblər
Jurnalist İlkin Bağırov maraqlı paylaşım edib.
O, Bakıda baş verən hadisəni paylaşıb. Jurnalistin dediyinə görə, Bakıda həyat yoldaşıyla saunaya gedən kişinin başına oyun açıblar. Belə ki, polis saunada reyd keçirib və ərlə arvadı saxlayıb:
"Kişi öz həyat yoldaşı ilə saunaya gedib. Bu zaman cütlük polisin əxlaqsızlara qarşı keçirdiyi reydin qurbanına çevrilib. Keyfin kulminasiya nöqtəsində olub rahatlanan vaxt polislər bunları tutublar. Kişi and-aman edib ki, əşşi, arvadımdı, buraxın gedək. İnanmayıblar, bunlarla məzələniblər. Kişiyə deyiblər ki, ayıbdır, adam "polojeniyadan çıxmaq" üçün əxlaqsız qadına "arvadımdır" deməz. Qadına da sataşıblar.
Jurnalistin yazdığına görə, daha sonra cütlüyü polis bölməsinə aparıblar və nigah kağızına baxışdan sonra onlar sərbəst buraxılıb:
"Axırda da məsələni "aydınlaşdırmaq" üçün hər ikisini bölməyə aparıblar. Qadın bölmədə qalıb gözləyib, kişi isə gedib evdən "zaqs" kağızını, şəxsiyyət vəsiqələrini gətirib təqdim edəndən sonra onları buraxıblar. Bax belə...
P.S. Sözümün canı odur ki, kiminlə, hara və nə vaxt getdiyinizə diqqət edin". (azxeber.com)
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər